beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansımız Daha Xoşbəxtik?

Yolda gedərkən, yeriməyə çalışan bir uşaq gördüm. Əlindəki dəyənəkləri çətinliklə qaldırır və gövdəsi çox tutmayan bədəni ilə bir sağa bir sola yellənirdi. 13 – 14 yaşlarında olardı.
Sanki ovsunlanmış kimi onu izləyərkən, birdən yerə yıxıldı.
Dərhal yanına qaçaraq qaldırmağa çalışdım.
Səssizcə ağlayırdı.
- “İNŞALLAH ki, bir yerin ağrımamışdır, olur belə şeylər, əsla kədərlənmə.” dedim.
- “Kədərlənmirəm. Onsuz mən çox kədərlənmirəm.” dedi
- “Yaxşı bəs niyə ağlayırsan?” deyə sorusdum.
- “Qolum ağrıdı, onun üçün hər halda” dedi.
Baxmaq üçün köynəyinin qolunuqaldırdım. Sağ əli biləyindən tam kəsik idi.. Buna görə bir dəyənəyi, digərindən fərqli idi.
Ayağa qalxdığında:
- “Gündə bir neçə dəfə yıxılmağa alışdım. Keçən il yıxılanda, əlim avtomobilin altında qalmışdı.”dedi.
Söyləyəcək söz tapmaqda çətinlik çəkirdim. Təsəlli etmək üçün:
- “Kədərlənmə! Daha pis şeylər ola bilərdi.” dedim.
üzümə baxaraq:
- “Kədərlənmirəm” deyə gülümsədi və ”Onsuz mən çox kədərlənmirəm” dedi.
- “Bir az əvvəl eyni şeyi təkrar etmişdin. Niyə belə söylədin? deyə sual verdim.
Titrəyən bədənini, bacardığı qədər dikəldərək:
—“çünki mən, ALLAHa inanıram. ONA inanan kəslər ölümsüz bir bədənə sahib olmayacaqmı? Üstəlik də sapsağlam bir bədənə.” deyə cavab verdi.
Bu səfər susdum, nədənsə bir şey söyləyə bilmədim.
Təşəkkür edib yanımdan ayrıldı.
O kiçik qəhrəmanın arxasından baxarkən, "Görəsən hansımız daha xoşbəxtik?" deyə düşünürdüm..


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 52 Bölmə: Sevgi varmı?