beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənin Haqqında Danışmağımı Istəsəydilər.

Sənin haqqında danışmağı istəsəydilər bir ömür danışardım, amma yenədə bitməzdi.Sənin hər telini anlatmaq üçün bir ömür lazımdır.Suzmazdım bir dəqiqə səni anlatmaq üçün.Sıxardım bütün nəfəsimi, danışardım boğulana qədər.
Desəydilər yaz onu:
Yazardım ən gözəl şeirləri, bütün sevgi hekayələrini.Yazardım şairlərin şeirlərində həmişə yazmaq istədikləri o mələyi. Yazardım onu barmağlarım yox olana qədər, yazardım onu vərəqlər bitənə qədər, yazardım onu dənizlərə, okeyanlara.Yazardim onu, dağlara, buludlara. Yazardım onu dəlicəsinə sevən bu ürəyimə.Yazardım səni günəşə, heç kim silə bilməsin deyənə. Yazardım səni damarımda axan qanımla, qoy bilsinlər sən mənim qanımdasan.
Desəydilər şəklini çək onun:
Çəkərdim bir dünya şəkli, çünki o mənim dünyamdır.Sonra dünyanın bütün güllərini çəkərdim, deyərdim bax bütün bu güllərdə olan gözəllik ondadır, mənim gülümdə.Çekərdim mələklərin şəklini, deyərdim bax o bu mələklərdəndə gözəldir. Çəkərdim səni dünyada bütün rənglər bitənə dək, çünki bütün gözəlliklər səndə öz əksini tapır.Çəkərdim ulduzları, səndə onlar kimi parlaq və əl-çatmazsan.
Desəydilər kimdir O ?
O deyərdim, bəli bəli O, səhərlərə qədər məni onun haqqında düşünməyə vadar edən O.Bir əlimə günəşi, bir əlimədə ayı versələrdə yenədə ondan imtina edə bilməyəcəyim O. Qışın dondurucu soyuğunda məni günəş kimi isidən O. Bahar çiçəyi kimi ətir saçan, qışda yağan və bütün çirkinliklərin üzərini örtən o pak qardır O. Mənə dünyanın bütün gözəlliklərini göstərən O. Hər aldığım nəfəsdə, hər atdığım addımda, hər gülüşümdə, hər sevincimdə onun olduğunu anladığım O. Yanımda olanda belə darıxdığım, getdiyində ayaqlarını basdığı hər yerə qısqandığım O.
AMA O BU YAZDIQLARIMI GORMEYECEK!!!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 44 Bölmə: Sevgi varmı?