beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən Getdiyin Gün Içimdə Boşluq Yarandı

Sən getdiyin gün içimdə boşluq yarandı....Elə boşluq ki, onu heckim doldura bilməz!

Sən getdin məni düşünmədən, Sən getdin səninçün darıxacam demədən!!!...

Sən uzaqdasan deyə ruhum cismimdən cıxıb...bəlkədə o artıq sənin yanındadır...

Sənsiz hərşey süni gəlir mənə...Mən hələdə inanmıram sənin getməyinə bəlkədə bunu qəbul etmək istəmirəm ondandır...Sənsiz nə virtual nədəki real həyatımın mənası yoxdur...

Bilirəm bir müddətdən sonra qayıdacaqsan amma bilmirəm o müddətətə qədər sağ-salamat qalacam ya yox?!


Gedişinlə üzümdəki təbəsüümüdə aparmısan, hamıya qarşı aqresiv və kobud olmuşam...

Nədən Həyat bizə belə əzab verir?Nədən birləşmək şansımız ola-ola həmişə ayrı oluruq?

Düşünməki məndən uzaqdasan deyə hər istədiyimi edəcəm.Atdığım hər addımda, işlətdiyim hər ifadəmdə səni düşünəcəm.Cismim cismindən uzaq olsa da unutma ruhum məndən uzaqda yəni sənin yanındadır..

Sənsiz artıq 2ci gunumu keçirirəm hələdə səndən bir xəbər yoxdur nə deyim yadına düşmürəm yəqin...amma içimdə bir hiss sənin çətinlikdə sıxıntıda olduğunu deyir.

Hər an səndən xəbər gələcək deyə gözləyirəm, amma sən bunu oxuya bilməyəcəksən çünki şərait olmayacaq.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 68 Bölmə: Sevgi varmı?