beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Herwey Dediniz

Eh hər şey dediniz! (Sadəcə oxuyun!)
Başımı aşağı saldım, pessimist dediniz.
Dik tutdum, optimist dediniz.
Getmək istədim, qorxaq dediniz.
Getmədim, qaldım. Onda da boş inad dediniz.
Dizlərimi yerə qoyub ağlayanda zəif dediniz.
Göz yaşlarımı qurudub gülməyə başladım, bivec
dediniz.
Səssiz qaldım, bütün dediylərinizə susdum, qoyun
dediniz.
Danışdım, hər səhvinizi üzünüzə, vurdum
boşboğaz dediniz.
Mənə işiniz düşdü, qardaş dediniz.
Dedim, “bağışlayın, köməy eliyə bilməyəcəm bu
dəfə”, əclaf dediniz.
Özümçün bir şeylər elədim, eqoist dediniz.
Hamıyçün eləməyə başladım, yalançı ürəyiaçıqlıq
bildiniz.
Məmnun olmuyanda mənə naşükür dediniz.
Şükür edib, təşəkkürlərimi bildirdim həddinnən
artıq inandığımı dediz.
Sizinçün qapını açmadım, mədəniyyətsiz dediniz.
Açdım, yaltaq dediniz.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 79 Bölmə: Sevgi varmı?