beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Romantika Filan Yoxdu

Romantika filan yoxdur, düşünürəm ki, səhər yenə şəhər su gölləri ilə dolu olacaq, işlərimizi yağışın altında görəcəyik, axırda Hacıbalanı yenə Aparata çağırıb, “aparata” salıb şillələyəcəklər ki, Bakıya niyə yağış yağıb…

yağış da varlılar üçündür.

Pulun varsa yağış yağanda sevdiyin qızı götürüb Teleqüllədə yerləşən restoranda oturub qırmızı şərab içərsən sonra da beynin dumanlı şəkildə oturub şəhərin necə də gözəl olduğuna baxarsan.

Pulun varsa dostuna zəng edərsən maşınla şəhərə çıxıb şəhərdə bir iki tur atıb yağışın maşını necə döyəclədiyinə qulaq asarsan.

Pulun varsa ən pisi evdə isti otağında uzanarsan hansısa içkidən içə-içə payızın kefini tutarsan, zəng edərsən dostlarla, sevgililərə necədə həyatın gözəl olduğunu anladarsan.

Yoxsa…

Yağış yağanda sən evinin tavanından axan suyun altına qazan, vedrə tapmırsansa…

Yağış yağanda pəncərədən yağışa baxıb ayaqqabının su buraxdığını bilib ayağına keçirəcəyin ikinci sellafon axtarırsansa…

Yağış yağanda sevdiyin qızı yox işdə yenə yağışın altında 10-12 saat keçirəcəyini sonra da maaşının böyük hissəsini soyuqdəymə əleyhinə dərmana verəcəyini düşünürsənsə…

Şəhərdə gəzərkən “mədəniyyətli” sürücülərin sürətlə yanından keçib suyu sənin üzərinə boşaldacağını, Bakının kanalizasiya xətlərinin şəhərdə gölləri yaradacığını düşünürsənsə…

Yağış, süni romantika sənin nəyinə gərək?!


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 59 Bölmə: Sevgi varmı?