beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bunu Oxuyun Cox Tesirlidi

Bunu oxuyun cox tesirlidi!
Bu hadisə Türkiyənin bir mahalında 1996 cı ildə bir qızın başına gəlmişdir. Bir gün qız universitetdən çıxıb avtobus dayanacağında avtobusunu gözləyirmiş. Bərk yağış yağırdı. Qızın qarşısında bir maşın dayandı. çox səliqəli geyimdə gözəl bir oğlan maşından düşüb qıza yaxınlaşdı:
-Xanım qız.. Bərk yağış yağır. Gəlin oturun maşına sizi evinizə qədər aparım.. Məndə tələbə olmuşam, yağışın altında o qədər avtobus gözləmişəmki..
Qız biraz düşündükdən sonra oğlanın səmimi sözlərinə inanıb maşına oturur.. Yolda ordan-burdan söhbət edirlər.. Bir birilərindən xoşları gəlir.. Hətta telefon nömrələrini belə bir- birinə verirlər. Qızı evə düşürdən oğlan sağollaşıb gedir...
Qızın oğlandan o qədər xoşu gəlmişdiki hər dəqiqə onun zəngini gözləməyə başlayır. Hər zəngdə ümüdlə telefon nömrəsinə baxır.. Lakin hər dəfə də məyus olur.. Bir gün qız dözməyərək özü onun nömrəsini yığır. Bəlkə nömrəmi itirmişdir deyərək zəng edir. Telefona bir qadın cavab verir. Ağlaya-ağlaya onun anası olduğunu söyləyərək oğlunun bir həftə qabaq qəzada həlak olduğunu deyir.
Qız dəhşətə gəlir. aglayır.. sızlayır.. ünvanlarını öyrənib səhəri gün yasda iştirak etmək üçün ora yollanır. Yasda ürəyini aglamaqla boşaltdıqdan sonra anasınnan oğlu haqqında soruşmağa başlayır. Anası hər dəfə oğlanın həyatını.. onun vərdişlərini .. onun sevdiyi yeməklər barədə danışdıqca qızın gözlərində yaş axır. Anasının dediyinə görə oğlu bir həftə öncə axşamüstü qəzaya düşüb. Qız dəhşətə gəlir. Həmin gün!!! Oğlanla görüşdükləri gün!!! Demək ki, oğlan evə qayıədarkən ölüb. Qız özünü günahlandırır. Kaşki, o günü oğlanı evə qədər gətizdirməzdi.. Nəhayət evlərinə dönmək istəyəndə oğlanın anasından bir yadigar istəyir. Anası da qıza oğlanın həmin qəzada həlak olduğu zaman geydiyi köynəyi yadigar verir. Hətta köynəyin üstündə qan ləkələri də qalmışdı.
Qız köynəyi götürüb evə qayıdır. Onu yuyub balışının altına qoyub oğlan barədə fikirləşərək yatır. Səhər duranda o qədər ağlamışdı ki başı ağrayırdı. Köynək yadına düşdü. Balışının qaldıranda köynəyi qanlar içində gördü. Axi qızın yadında idi. Dünən tər-təmiz yuyub qoymuşdu. Amma bəlkə də çox agladığından fikir verməmişdi. Ləkələri yəqin getməyib. Yenə yuyub qoydu. Səhəri yenə qanlar içində idi. Bu bir neçə gün belə davam etdi.Artıq bu sirr onu narahat etməyə, qorxuzmağa başlamışdı. Burda nə isə var idi...
Nəhayət bir bilici qocanın yanına getməyə qərar verdi. Yaxın mahalların birində çox ağıllı qoca yaşarmış.. Getdi və qocaya hər şeyi danışdı.
-Babacan.. Axı mən hər gün onu tər-təmiz yuyub qurulayıb qoyurdum.
Necə ola bilər bu.. Burda nə isə bir sirr var..
Qoca bir qədər düşünmüş və nəhayət diqqətlə qıza baxaraq söyləmiş..
-Ay mənim axmaq qızım.. Adı tozla qan ləkəsini çıxarmaq olarmı? Sən həm rəngli həm də ağ paltarlar üçün təzə çıxan Ariel istifadə etməlisən!!!


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 134 Bölmə: Sevgi varmı?