beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

OLUM VE YA OLUM...

İndi oxuyacağınız hekayə mənə nələrisə anlatdı. Sizlərlə bölüşmək və fikirlərinizi bilmək istədim:


Böyüklər, uşaqların söhbətlərinə yarımçıq qulaq asdıqlarına görə, onların sözlərində gizli dərin mənaları tuta bilməzlər...

“Bizim evə, arvadıma paltarların, örtülərin, çarşafların
söküklərinin tikilməsində kömək edən bir dərzi qadın gəlir.
Bu qadın bizə gəldiyi zaman kiçik oğulunu da yanında
gətirər. Bax budur ki, mən qalıcı və dərin imanın mənasını bu kiçik uşaqdan
öyrəndim.. Onunla uzun zamandan bəri dost olduğumdan,
bizim evə gəldiyində ona laqeyd yanaşmıram və söhbət edirəm.

Bu yaxınlarda mənə yaxında gözəl bir futbol topu alacağını söylədi.
Ondan növbəti görüşdə futbol topunu alıb-almadığını soruşdum.
Uşaq cavab verdi: "Xeyr əfəndim, anam hələlik
topa ayıracaq pulumuz olmadığını söylədi".

Onun bu sözləri, vəziyyətlərinin yaxında düzələcəyinə dair
dərin inancını göstərirdi. Xüsusilə, istifadə etdiyi 'hələlik'
sözündə qüvvətli bir güvənin izi sezilirdi.

Bu uşağın söylədikləri məni uzun-uzun düşündürdü. Onu
uzun bir müddət görmədim. Günün birində yenə ona rast gəldim.
Uşaq, bağçada oturmuş, bir qarışqa yuvasını seyr edirdi.

Yavaşca yanına yaxınlaşdım.
Onu danışdırmaq üçün atasından bəhs etdim:
"Evə gedincə yeməkdən sonra atanla oynayacaqsanmı?
Yoxsa yeməkdən sonra dərhal yatacaqsanmı?" deyə soruşdum.
Uşaq ciddiliklə üzümə baxdı və:
"Atam bir qəzaya düşdüyündən xəstəxanada. Hələlik
atamla oynaya bilməyəcəyəm!" dedi.

Keçən gün yolum, oturduqları məhəlləyə düşdü.
Uşağı yolda tələsiklə gedərkən gördüm. Əynində təmiz
tünd rəng bir paltar vardı. "Heyy" deyə səsləndim.
"Niyə bayramlıq paltarları geyinmisən?
Hər halda xəstəxanaya atanı görməyə gedirsən."
Uşaq gülümsəyərək başını yellədi. Bundan sonra
söylədiyi sözlər, dünyanı içində yaşamağa dəyər bir hala gətirən,
ölümdən sonrakı həyata olan imanın bir insan üçün nələr
edə biləcəyini anlamama səbəb olan sözlər idi...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Sevgi varmı?