beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MEN O MEN DEYILEM....

Mən o mən deyiləm,inanmırsansa bax geriyə.
Silmişəm bütün xatirələri,xəyanətlə vurduğun zərbələri.
Silmişəm adını,nömrəni.Həsrətinlə danışdığım,yoxluğunla barışdığım,həm yanıb alışdığım o qəlbimi gömmüşəm torpağa.
Vurduğun hər zərbədən yıxılmışam mən,əlimdən tutubda qaldıranım olmayıb.
Yenə də öz gücümlə qalxmışam mən!...
Çox büdrəmişəm bu sevgidə amma yıxılmamağa çalışmışam,ağlamaq istəyib də ağlamamışam.
Yazıqdır göz yaşıma dedim,nə üçün ağlayırlar dedim.Yenə də gecənin zülməti örtdü göz yaşlarımı.
Həsrətimi gizlətdim ondan bilməsin,acizliyimə gülməsin.
Çünki,biri üçün darıxıb da görməməyin nə olduğunu bilməz,
sevirəm desəmdə əhəmiyyət verməz.O,bilməz qəlbin acısını,nə yanğısını.

Yoxluğunu sən bilim onunla ömür sürəcəm.Bəlkədə yaşadıqlarıma mən uzaqdan baxıb güləcəm.
Bəlkədə gizlicə göz yaşı tökəcəm.Bitən bu nağılı danışacam sizlərə.
Məni qınayıb sən nə acizsən deyəcəklər.Acizliyimin sevgimdən olduğun bilməyəcəklər.
İndi isə möhkəm ol deyirsən,amma ayrılıq hər duyğudan güclüdür,Sən ki,bunu bilirsən!......
Bəzən düşünürəm ki,görəsən indi sənmi daha pissən yoxsa mən.Hə sevgilim hansımız?
Mənə gördüyüm ən gözəl yuxu səni idin deyərdin.İndi sən yuxusuzmu qamısan?
Duyduğun ən gözəl sevgi əsəri mənəm deyərdin.İndi sən əsərsizmi qalmısan?
Gördüyün ən gözəl dünya gözlərimdir deyərdin.İndi sən dünyasızmı qalmısan?
Qurduğun ən gözəl xəyal mən idim.İndi sən xəyalsızmı qalmısan?

Cavablarını mən bilirəm əzizim.Sən yuxularına yeni bəzək tapmısan.
Dünyana yeni yollar salmısan.Xəyallarını başqası ilə işıqlandırmısan.
Sevgini isə tapdığını sanırsan,amma aldanırsan.Hə sən indi sevgisiz qalmısan.
Yəni sən indi məndən də pis vəziyyətdə qalmısan.Mən səni itirdim,sən isə sevgini.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 77 Bölmə: Sevgi varmı?