beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GEDEN...

Hamımız həyatımızda çətinliklər yaşayırıq mütləq. Ağrılar, dərdlər, bədbəxtliklər, ümidsizliklər. Bunlar həyatın gerçəkləridir. Sevgi ağrısıdır bəlkə insana ən çox ən çox acı çəkdirə bilən. Həyatın nə qədər boş olduğunun düşünüldüyü anlar vardır. Onlardan birisindəsən. Gedib dəniz sahilində bəzən dənizi izləyirsən. Bir parça dinclik tapmaq xəyalıyla baxırsan sonsuz maviliyə. Həyatda yapışacaq bir şeylər axtarırsan. Yapışmaq məcburiyyətindəsən, həyata davam etmək və sırf bəzilərinin inadına məcburən də olsa gülümsəməlisən. Günlər keçər, sıradan, adi günlər... Sonra biri çıxar qarşına. Gözləri ən parlaq ulduzdan belə daha parlaq gəlir sizə . Bəzən əhəmiyyət verməzsən bu vəziyyətə əvvəl, çünki bəlkə də hər hansı biridir. Həyatına girib çıxmış yüzlərlə insandan yalnız biri. Yolda görüb davam etdiyin insanlardan biri. Dəyəri sıfırdır sənin üçün ilk başda. Sonra tanımaya başlarsan, tanıdıqca sevməyə. Bir vərdiş tutar səni, pəncələriylə sıxar ürəyini. Qopa bilməzsən. Danışdıqca daha çox sıxar ürəyini o pəncələr. Ürək artıq partlayacaq nöqtəyə gəlmişdir. Amma kimsəyə də izah edə bilməzsən. Nə anana, nə atana, nə də ən yaxın dostuna. Hər hansı biri kimi tanıdarsan onu ətrafındakılara. Qarşındakına belə söyləyə bilməzsən dəyərini. Baha biçilə bilməz olmuşdur artıq sənin üçün. Onsuz keçən beş dəqiqə, ömründən illər aparar. O da sənin kimi zənn edərsən. '' O da mənim kimi sevir '' deyərsən içdən içə. Beləcə davam edər günlər. O artıq sənin bir parçan olmuşdur. Yatarsan ağlında o, qalxarsan yenə ağlında o. Yuxularında belə onunlasan, onun yanındasan. Onun xəyalıyla keçər dəqiqələr, saniyələr amma bir an gəlir.....
O gedər. Getdiyi zaman nə qədər çox şey apardığının fərqində deyil. Ürəyindən bir parça aparar gedişiylə birlikdə. Min parçaya bölünmüşdür ürəyin, bədənin, beynin artıq. Əlindən gələn hər şeyi edərsən bu gedişdən sonra. Unutmaq üçün. Silmək üçün. Silə bilməzsən. Şəkilinin qarşısına oturub dəqiqələrlə danışarsan, suallar verərsən Ona. Saatlar əvvəl səninlə nəfəs aldığını sandığın insan, artıq həyatının bir parçası deyil. Və ən pisi odur ki, o kədərlənməz sənin kədərləndiyin qədər. Davam edər həyatına. Bəlkə də sənə etdiyi ''qəbul edilə bilməz'' şeylərdən sonra belə haqlı olduğunu düşünər, həyatına əyləncəli bir şəkildə davam edər. Anlayarsan ki, sən bir heçmişsən onun gözündə. Bəlkə heçdən belə az. Edilən sözlər, danışılanlar, paylaşılanlar, verilən sözlər, edilən andlar heç bir şey ifadə etmirmiş qarşı tərəf üçün. Heç olma duyğusu bu həyatda hiss edilə biləcək ən pis şeylərdən biridir. Sən onu dəftərinin ən baş küncünə yazarkən, o bir silgi zərbəsiylə silər səni. Tozlarını belə təmizləməz. O sənin ürəyindədir, sən onun beynində. İnsan beyindən çox daha tez silir bəzilərini. Ürəkdən silmək üçünsə çox daha çox zaman lazımdır. Ürək beyindən kiçikdir, çox az insan sığar oraya. Ona görə silmək işi tələb edir. "Anladım ki mənim içimi cız etdirən ona vız gəlir." demiş İskəndər. Tam olaraq vəziyyət belədir. Sənin ürəyin yanarkən, o əylənir, gəzir. Sənin ürəyin onla doluykən onun ürəyində səndən əsər yoxdur. Sən onu unutmaq üçün hər şeyinlə mübarizə edərkən, onun səni unutması ən çox 15 dəqiqə davam edir. İnsana ən çox təsir edən də elə budur.
Yaxşı, edilməsi lazım olan nədir? Nə etmək lazımdır bu müddəti sovuşdurmaq üçün. İnanın ki, bilmirəm. Bilənin olduğunu da zənn etmirəm. Zaman hər şeyin dərmanıdır bəlkə də. Bəlkə də xəyallarınızdakını daha çox sevəcəksiniz, bəlkə də intiqam hissiylə alışıb yanacaqsınız... Amma inanın ki, yenə də düşünməmək ən gözəlidir. Düşünmədən, hiss etmədən yaşamaq. Xəyal etmədən, ümidlənmədən bir şəkildə həyata yapışmaq. Ola biləcək bir şeymi, kimsə təxmin edə bilməz. Amma həyatı bir şəkildə davam etdirmək lazımdır, nə olursa olsun. Sonda: bu həyatda dəyər bilmək mütləqdirsə, sadəcə öz dəyərinizi bilin. Bütün nağıllar "göydən 3 alma düşdü" ilə bitməsə də, hər halda bir şəkildə bitirir bitirmək istəyən.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 154 Bölmə: Sevgi varmı?