beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DARIXDIM DESEM?

Səninçün darıxdım desəm bir gecə ulduzları yığıb gələrsənmi ürəyimə ...
Əllərimi açıb xoşbəxtliklərini istəsəm gülüşlərinlə düşərsənmi gözbəbəklərimə ..
Yuxularımda sənə bir yer ayırsam xoşbəxtliklərinlə girərsənmi quru gecələrimə ...
Ağlasam bir gecə yarısı bir balaca ümid verərsənmi gələcəyimə ...
Həyat boyunca səni sevəcəyəm desəm sevgi olub yerləşərsənmi xülyalarıma ...



Sən; yaşamaq sevincimsən sabahlarımda.
Ən gözəl xoşbəxtliklərini göndər nəfəs bilim bu canımda.
Nə gözəlçiş məgər səni sevərkən gözləmək; gözləyərkən daha çox sevmək.

Buludların arasından süzülən damlalarda sənin gözyaşlarınmı var yoxsa..
Bənzərsiz tərifsiz bir duyğuymuş səni sevmək..
Nadir bir çiçək olsan kaşki bütün baharlar sənin kimi bənzərsiz gözəl bir iy versə..
Adını ürəyimə, gözbəbəklərini isə ulduzlara yazdım..
Xoşbəxtliklərini isə həyatımın ən gözəl hissəsinə yazdım..



Gözləyərkən də yenidən aşiq oluram sənə.
Əllərimi acdım gül üzündən bir gülüş göndər mənə.
Bəzən ağlasam gözbəbəklərimi silərsənmi incə əllərinlə.
Ən gözəl xoşbəxtlikləri yaşayıram bu dəli sevginlə.

Reallığın özüdür bu eşq; yuxu deyil bu yaşadığım..
Qeyri-mümkün eşqlərin ən gözəlidir bəlkə də bu dəli sevgim..



Xoşbəxtliklərin sevgi dolu nəfəsində yaşayıram səndən sonra.
Sənin yanında nəfəsim sona çatsa...
İnan hər sətirində sənin həsrətini tapa bilərsən bütün yazılarımda.
Nə çox sevmişəm səni bu dəli könülümdə..

Gözlərinə SƏNİ SEVİRƏM desəm...
Eyni sözlə qarşılıq verərsənmi gözlərimə?


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 89 Bölmə: Sevgi varmı?