beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DOSTLARIN SEVGISI....

Fırtınalı bir heyatın ortasında birleşdik. Sen, özüne yaxın tapdığın insanların sene etdiyi sehvlerden şikayet edirdin, mense uzun iller ağrısını çekdiyim bir sevginin yaralarını qucaqlamağa çalışırdım.
Yaxşı bir dostduq, her şeyi paylaşan olmuşduq. Bu yaxınlaşmamızın qısa bir müddetde olmasına baxmayaraq zamanım ele şirin, ele gözel keçirdi ki men içimdeki terpenişlerden xebersiz idim. Sanki yuxudaydım, gözlerimi açdığımda dostluğun yerini eşq götürmüşdü. Özümü tuta bilmemişdim Duyğularıma hakim ola bilmemişdim.Sen menim eşqim,mense senin dostundum artıq. Sene aşiq olduğumdan xebersiz idin. İçimdeki vulkan ele daşmışdı ki partlamaq üçün sebirsizlenirdi.
Sonunda o gün gelib çatmışdı. Bütün duyğularımı,bütün hisslerimi açıqlamışdım men sene. Sense mene yalnız çaşmış bir ifadeyle bunların yalan ve zarafatdan ibaret olması üçün yalvarmışdın. Mende sene bunların ne zarafat ne de yalan olduğunu döne-döne vurğulamışdım. İçim rahatlamışdı.Çünki bir insana "seni sevirem" demek asan bir iş deyildi. Ürek isteyerdi. Men bu işi bacara bilmemişdim amma neticesine de döze bilmirdim.Çünki esl olan menim üçün bu ve men bu gün sene söylemek lazım olan şeyleri sabaha buraxmamışdım.Sabah bele bir fürsetin elime keçeceyini düşünerek bütün her şeyi açıqlamışdım.
Dünya fani dünyadı....her an her şey ola biler bizim dünyamızda...İndi içim çox rahatdı....amma bir o qeder de narahatdı. Çünki bunları sene izah edince günahkar men oldum. İndi o köhne günleri axtarıram, heç sebebsiz, ani ayrılığın şokunu üzerimden ata bilmemeyimin neticesindendir. Ve zaman köhneden ele gözel ele şirin keçerken indilerde, min bir ezab min bir ağrıyla keçir. O günün üstünden çox zaman keçdi. İndi men senden menim olmağını deyil mene bir az haqq vermeyini isteyirem. Mene etdiyin nifreti duyğularımın üstünden çekmeyin üçün yalvarıram. Mene ne qeder hirslensen de,ne qeder nifret etsense de men seni yene de sevirem.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 223 Bölmə: Sevgi varmı?