beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SEVGI HEYATI DEYIWDIRIR..

Sevgi həyatı dəyişdirir. Sevgi yeməklərin dadını, musiqilərin ritmini, səmanın rəngini, həəəər şeyi dəyişdirir. Çünki sevgi səni, baxışlarının mənasını, ürək döyüntülərinin tezliyini dəyişir.
Sən hamı üçün eyni, amma onun üçün dəyişik olursan. Gözlərində fərqli dünya tapırsan, fərqli hisslər yaşayırsan, için ipisti olur.

1 saniyə baxırsan, içində elə sürətli cərəyanlar gedir ki.
2-ci saniyə nə düşündüyünü bilmirsən.
3-cü saniyə kim olduğunu bilmirsən.
4-cü saniyə ağlın yox olur.
5-ci saniyə özündən xəbərin olmur və növbəti saniyələrdə də sən o gözlərə təslim olmusan artıq.
O saniyələr illərə dəyir. O baxışlar qışın soyuğunda istiyə ehtiyacı olduğun anlardır.
Sevgi səhərini, gecəni dəyişdirir, sevgi ürəkdən, uşaq kimi güldürür. Elə indi, heç nə düşünmədən hər gün evlənmək istəyirsən onunla. Daha azad, daha rahat olmaq üçün. Kimlər üçünsə, evlilik "azadlıqdan məhrum olmaq" adlansa da, mən onunla daha azadam. Dəliyəm, heç kimlə olmadığım kimiyəm. Nə xəstəlik, nə ağrı??? Bunlar nə deməkdi??? Hamısı keçmişdə qaldı! Mən Allahımdan güc, səbr, dözüm istədim. O mənə səni verdi. Üzüm gülsün istədim, amma bunu deyəsən bir az çox istəmişəm, xoşbəxtlikdən hər şeyə gülürəm. Sən ham Allahım, bu çətin imtahanda mənə sevimli köməkçini göndərdiyin üçün çox sağ ol!
Yazını sevgimdən ilham aldım, ürəyimdə yaşadım, barmaqlarımla yazdım. Sənin üçün yazdım A!
A -nı sevdirirsən mənə.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Sevgi varmı?