beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YADINDADIR??

Yadındadır???
Sənə vurulduğumu heç özümdə bilmədim, səni sevəndən sonra mən dəli oldum.
Gecələr fikirdən yata bilmirdim, səni düşünürdüm hər gün hər gecə.
Düşünürəm sənsiz ötüb keçən günləri, düşünürəm o gözəl sənli günləri.
Yadındadır o gözəl gün yağış altında əl-ələ oturmuşduq, yadındadır ?
Yadındadır o gözəl gecə səni ilk dəfə dodaqlarından öpdüm, yadındadır ?
Sənin şirin dodaqlarının istisi, hələ də qalıb mənim dodaqlarımda, əllərinin
istisi qalıb əllərimdə, qəlbim yanır alışır düşünəndə o günü.
Qara gözlərinin baxışı qalıb ürəyimdə, gözlərinin parıltısı qalıb gözümdə.
Bir birimizi qucaqlamış, yağış altında oturub göydən düşən damcılara baxırdıq.

Qanımızda sevgi qanı axan gün yadındadır ?
Dərdlərimizi bir birimizə söyləyib, göz gözə baxan gün yadındadır ?
Mənim sənə olan sevgim gündən günə artır, gündən günə çoxalıb ürəyim dolur.
Təkcə sənsən ürəyimdə, təkcə sənsən mənim üçün bu dünyada, bu həyatda.
Axı mən nə edim ki, sənə olan sevgimi dünyaya bildirim, axı mən nə edim?
Yadındadır o yağışlı gecədə soyuqdan bir birimizi necə qucaqlamışdıq.

Sənin gözlərinə baxıb yanaqlarından öpdüm.
Səninlə özümü dünyada xoşbəxt sayıram.

Əllərindən tutub heç vaxt buraxmaq istəmirəm.
Gözlərinə baxıb göz yaşlarını, öpmək istəyirəm.
Yadındadır o gözəl gün, gülüm? Yadındadır ulduzlar bizə baxan gün?
Yadındadır gülüm o gözəl gecə, göydəki buludlar ağlayan gecə.
Yadındadır səni ilk dəfə öpdüyüm, o gecə yadındamı ?
Unudulmaz bizim sevgi, unudulmaz gülüm.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 160 Bölmə: Sevgi varmı?