beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SENSIZEM....

Bu gün yenede sensizem, yenede çaresiz.Sensiz xeyalımda senli günlerimi xatırlayıram.Yeni gencliyimin en gözel günlerini.O, zaman men bütün arzularımı senin varlığınla qurmuşam. Her deqiqemi her saniyemi senin xeyallarınla yaşamışam. Aradan bu qeder vaxt keçmesine baxmayaraq sensizliye alışa, bununla barışa bilmirem. Seni azda olsa unutmağı bacarmıram. Halbuki bunu çox isteyirem.Sen menim heyatımın menası olmusan.Zaman keçdikce buna dahada emin oluram.Sen bezen dodağımda bir tebessüm, bezen üreyimde bir ateş, bezende gözlerimden axan yaş olmusan.Amma sen hemişe kiçik qelbimde böyük yer tutmusan.Seni bu gün de bu deqiqede görsem heç çekinmeden bunları deyerdim, qarşılıqlı olmasa bele.Meni sevesen deye deyil, sadece bilesen deye.
Seni qelbimden tamamile silmek isteyirem, amma üreyim menden daha vefalıdır sene. Mehz senin sayende sevmeyin ne olduğunu bildim. Sevginin şirinliyini daddım sonu ayrılıq olsada. Sene nifretde ede bilmirem axı mene qarşı özüne nifret etdirecek qeder menfi hereket etmemisen.Belke de ele bunun üçün seni çox sevmişem, menim olmasanda.Yox! Sen menimsen, amma qelbimde.Ancaq sen deme önemli olan sevgi uğrunda ölmek deyil, uğrunda öle bilecek sevgiliye sahib olmaqdır.Önemli olan heyatda en çox şeye sahib olmaq deyil, en az şeye ehtiyac duymaqdır.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 401 Bölmə: Sevgi varmı?