beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

UREK

Genc bir qız ağır bir xesteliyin pencesinde son günlerini yaşayırdı.Yaralı qelbi artıq bu dünyada döze bilmirdi.Qızın çox varlı olan ailesi bütün qazetlere qızın qelbin sağaldacaq adamı tapmaq üçün e`lan vermişdi.Qızı üçün canını qurban verecek birini axtarırdılar.Çünki qızın üreyini deyişdirmek lazım idi.Genc qız ise her gün xestexana otağında biraz daha heyatı solurdu.Yene xestexana otağında yalnız idi.Gözü yaşlı, boynu bükük ölümü gözleyirdi.Gözlerini bağlayıb bu kiçik otaqda yalnız göz yaşı tökmekden yorulmuşdu.Yene de engel ola bilmedi bulaq kimi çağlayan gözlerine.Sevgilisi düşdü yadına, kasıb amma onu ölünce seven sevgilisi.Her gün eyni şeyleri fikirleşib, keçmiş xatireleri bir film kimi gözlerinin önüne getirirdi."Pulum yoxdur amma sene vere bileceyim sevgi dolu bir qelbim var" demişdi sevdiyi oğlan.Genc qızda başqa bir şey istemirdi.Sevgiye möhtac olan biri, sevdiyinin sevgisinden başqa ne isteye bilerdiki.Amma olmamışdı, dünyalar qeder bir-birilerini seven sevgililerin arasına pul, var dövlet girib onları ayıra bilmişdi.Amma indi var dövletin keçmediyi bir vaxt gelmışdi.Ne menası vardı artıq??? Bu son günlerinde, sevdiyi oğlan yanında olsaydı heç bu qeder ağlamazdı.Ayrıldıqları günden indiye qeder 5 il keçmişdi.Amma her gün hesret çekmiş üreyini kimseyle bölmemişdi.Ele hemin vaxt sevdiyini fikirleşdi.Göresen neler etmişdi bu il müddetinde sevdiyi oğlan... Kim bilir belkede evlenmişdir.Gözlerinden bir damla yaş daha damladı qurumuş dodaqlarına.
Ellerine baxdı.Bir zamanlar ellerinin, sevdiyinin ellerini tutduğunu xeyal edib her gün saatlarca ellerine baxardı.En çox saçlarının tökülmeyi onu ağladırdı. Çünki bir zamanlar o saçları sevdiyi oğlan öpmüşdü.Her gün gözlerinden bir damla yaş axanda qelbine sanki bir ox batırdı. Qelbi yene sızlamağa başladı.Belke sevdiyi yanında olsaydı qelbi bu qeder yorulub, elvida demezdi heyata.Qız artıq ölümden qorxmurdu.Sevdiyinden ayrı yaşamağın ölümden ne ferqi var idi ki, tekrar yene sevdiyi düşdü yadına.Kaş yanımda olsa dedi genc qız.Gözlerini son defe öpse, rahatca ebedi olaraq gözlerini yuma bilerdi artıq.Yene gözleri bulaq kimi çağlamağa başladı.Sevdiyini son defe görmemiş ölmek istemirdi.Az da olsa ondan bir xatire almamış bu dünyadan köçmek istemirdi.Amma sevdiyi kim bilir kiminle beraber idi...! Qız öz sevgi dolu qelbini heç kimle bölmemişdi göresen oğlan kiminle bölmüşdü öz qelbini? Onun sevgisini silib atdımı gören qelbinden? Qızın içi birden nifretle doldu. Üstüne bir ağırlıq çökdü.Onu düşünende her deqiqesinin hüzünlü keçmesi çetin gelirdi genc qıza.Ölmek istedi, artıq yaşamaq istemirdi bu dünyada.Amma sevdiyinden bir xatire almamış bu dünyadan köçmeyeceyine and içmişdi genc qız.Kim bilir belke de sevdiyi oğlan onu unudub artıq.Tekrar gözlerini açdı.Derin bir düşüntü.Birden qızın atası içeri girdi.
Ve qızına üreyini vermek isteyen bir könüllü tapıldıgını dedi.Qız bu xebere heç sevinmedi.Gözleri artıq yaşla dolmuşdu.Hemin gece biri gözlerini ebedi olaraq yumdu ve genc qız cerahiyye emeliyyatı olundu.Emeliyyatdan 1 hefte sonra qız sağaldı.Amma dünya daha başqa geldi qıza.Sanki ne ise eksik idi heyatından.Aradan aylar keçmişdi genc qız artıq temiz sağalmışdır.Amma içindeki hesret, kövreklik qurtarmamışdı.Sevdiyi yadına düşende üreyi evvelkinden çox ağrıyırdı.Bir defe göre bilseydim deye üreyinde danışdı.Qelbi yene sızlamağa başlamışdı.Amma neye görese her gece qefilden güclenir ve onu yuxudan oyandırırdı ve berk döyünürdü.Amma qızın dibçekde yetişdirdiyi güller var idiki hemişe onlarla danışırdı.En çox sevdiyi gülü ise qızıl gül idi.Çünki qızıl gülün yeri onun üçün ayrı idi.Çünki o gül de genc qızla gülüb ağlayırdı.Amma qız bu qızıl gülü sevdiyine hediyye vereceyine and içmişdi.Bu gülü ona göre saxlayırdı.Birden qapıları döyüldü qızın. Qız qapını açdı amma heç kim yox idi.Birden gözü yerdeki ağ mektub zerfine sataşdı.Yavaşca gelib zerfi yerden götürdü.Bu an qelbi heyecanla döyülmeye başladı.Ne olduğunu başa düşmürdü qız.Zerfin üzerinde ne ad nede adres var idi.Qız zerfi açdı.İçinden ağ bir kağıza yazılmış bir mektub çıxdı.
Qelbi daha güclü döyünmeye başladı.Çünki sevdiyi oğlanın qoxusu var idi bu mektubda.Başı gicellenmeye başladı.Gedib yavaşca divanda oturdu.Kağızı açdı ve elleri titreyerek oxumağa başladı.Sevdiyi oğlan mektubda bele yazmışdı: Sevgilim senden ayrılandan sonra bir üreye iki sevginin sığmayacağını başa düşdüm.Senden sonra ne birini sevdim ne de birine baxdım.Sadece hemişe seni sevdim.Sensiz günlerimin her biri o birinden daha çetin keçirdi.Her gün daha çox darıxırdım.Sene bir kitab şer yazdım.Her gün yazdım, her gün oxudum illerce ağladım.Her gece sehere qeder seni düşündüm.Her gece senin yanında olmağı istedim ve her gece sensizliye lenet etdim.Yuxuları haram etdim özüme.Sensizliyin acığın gözlerimden aldım ve bir gün her şeyi deyişdirecek bir fürset düşdü elime.Bunu fürset hesab etmeyib özüme haqsızlıq ede bilmedim.Ve bu fürset meni senden çox uzaqlara apardı.Men senden çox uzaqlara getdim, belke seni unudaram dedim.Amma tam tersi oldu.Senden uzaqlardaydım, amma seni görmek üçün uzaqlardan seni görmeye gelirdim.Hem de her gece gelirdim.Gelib sene baxırdım, seni sevirem ve eyilib her gece yanağından öpürdüm.Sen ise her gece gözlerini açıb baxarken geldiyimi zenn edirdin.Amma meni görmeyib tekraren yuxuya dalırdın.
Sabah bir-birimizi sevmeyimizin altıncı il dönümüdür.Hemişe men geldim senin yanına sabah da sen gel sevgilim.Senin her defe qelbin döyünerek ağrayanda men senin yanında olurdum.Amma birde unutmamış deyim ki, sinende daşıdığın menim qelbime yaxşı bax.Çünki göz yaşlarımla adını yazdım ora.Seni senden çox seven bir sevgi var qelbinin içinde.Gelende qızıl gülü de yaddan çıxarma.Seni sevirem yanıma gelene qeder de sevecem sevgilim... Bu sözleri oxuyandan sonra qız sinesinde daşıdığı üreyin sevdiyi oğlana aid olduğunu ve cerahiyye emeliyyatından çıxanda gördüyü üzü bağlı cansız gencin öz üreyini qıza veren sevgilisi olduğunu başa düşdü.Ele hemin vaxt qız ölüm yuxusuna getdi.Amma qızın üreyi döyünür.Aradan 20 il keçdi amma üreyi döyünse de qız ölüm yuxusunda xestexana otağında yatır, sonsuzadek de yatacaq.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 575 Bölmə: Sevgi varmı?