beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Unudanda Baxarsan

Dedin son xatirəm quru şəkildi,
Yazdın unudanda baxarsan ancaq,
Mən səni unutsam.. düşündünmü bir,
Şəklin səndən əvvəl unudulacaq.

Bilirəm,
Bir daha dönməyəcəksən,
Əksin-yanan eşqin bir ovuc külü,
Özün yad ürəyi dinləyəcəksən,
Şəklinsə qəlbimin döyüntüsünü.

Səni saxlamağa çatmadı gücüm,
Açılan nə vaxtsa solmalı imiş,
Şəklini vərəqə köçürmək üçün,
Arada neqativ olmalı imiş.

Bu soyuq kağızda sevinc donubdur,
Kədərin hardasa yol gəlir hələ,
Üzünə xəfif bir gülüş qonubdur,
Hicrana baxırsan sən gülə gülə...

Bir anın hökmüylə dəyişir insan,
Necə əziz idi bayaq bu şəkil,
Sən özün bir sevgi xumarındasan,
Hemişə oyaqdır, oyaq bu şəkil.

Bir kağız üstündə donan ümidin
Qəmli gözlərində əbədi ocaq,
Şəklin vaxtı sayan saat kimidi,
Yadıma düşəndə baxıram ancaq...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 103 Bölmə: Sevgi varmı?