beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ELVIDA SEVGILIM!

Men vidalaşmağı bele bacarmıram. Duyğularımı açıqlamağı da hemçinin. Helede bu son görüş günü olan elvida kelmesi çox acılı gelir. Əslinde heç bu cür bir son görüşmeye gerek yoxdur. Amma insanın qanı durmur. Ne var bu son anlarda?
Senden meni xatırlamanı bele istemirem, sadece temizliyini ve saflığını yaşadaq bu sevginin qelbimizin derinliyinde. Ne gözel başlanmışdı. İkimizde genc idik, coşqunluğumuzun son sehifesinde qanımızın qaynadığı bir anda gördük bir-birimizi, sevdik. Geceler boyu yuxusuz qaldıq bir-birimizi düşünmekden, en gözel heyecanları, en gözel baxışları yaşadıq. Hemin eşqi yaşadıq, zamanı durdurub heyatın gözel anlarını birge yaşadıq. İncikliklerin de en gözellerini biz yaşadıq. Çünki barışmaqda ayrı bir zövq vererdi bize. Sevdik, sevildik. Sevgi ehdi bağladıq ehde sadiq qalmayacağımızı bile-bile. Günlerce aylarca yalnız ikimiz varmış kimi yaşadıq. Ne yan baxan gözlere, ne qarşı çıxan böyüklere, ne de dost sözüne aldandıq. Öz ateşimizde yandıq, en önemlisi ise bir-birimizi anladıq. Romantik neğmeleri yaşadıq seninle serin axşamlarda. Ən gözel çiçekleri verdin mene. Röyalarda bele yalnız ikimiz var idik. Gerçek sevgini daddıq bunu sende bilirsen. Ele ise heminki duyğular qalmalı deyilmi? Biz birlikde olmasaq da... gözel başlayan çox gözel yaşanan bu eşqi eyni temiz duyğularla bitirmeliyik. İndi de ayrılığın en gözelini en acısını yene biz yaşayırıq...
Ne deyirsen bu da Allahın bir lütfü deyilmi bizim üçün? Sil göz yaşlarını. Neden göz yaşların menimkilerle yarışır? Sen menim sadiq qocaman sevgilim deyilsenmi? Seni daim bu cür xatırlamaq isteyirem. Artıq sil göz yaşlarını. Hava da qaralmaq üzredir. Zaman bizim üçün sanki seheri açmazdı. Yene evvelki kimi olmamızı isteyir her halda. Demek ki, ayrılmağımızı isteyirsen. Son olaraq ise kiçik bir isteyim olacaq senden. Arxana dönüb gözü yaşlı gözlerin ile mene baxma. Her şey burada bitsin. Əlvida!...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 328 Bölmə: Sevgi varmı?