beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Damdan Asagi

O, uca binanin damindan a$agi baxirdi. Sevgilisi Eli dunen avtomobil qezasinda ölmü$dü..Eli 10 ilin idmancisi, yeni yaranmi$ rock qrupunun ba$cisi idi. Bir nece universtiteti bitirmi$, öz biznesini qurmu$du. Eger Aysele deseydiler ki, sabah Eyfel qüllesini Tokioya aparacaqlar, o inanardi. Ama deseydiler ki, sabah Eli ölecek, o gülümseyib deyerdi " deyesen siz menim sevgilimi yax$i tanimirsiniz, ölum özu ondan qorxur. Lakin Eli ölmu$du. Aysel de onun yanina hazirla$irdi. O, uzundaban ayaqqabilarini cixarib damin qiragina yaxinla$di. Son mektubunu anasinin yastiginin ustune qoymu$du..yazmi$diki Elinin yanina gedir. Her zaman cixdiqlari damdan..Eli ile bu dama tez-tez cixardilar.. Birlikde $eherin gözel menzeresine saatlarla tama$a edib dani$ardilar. Ìndi Eli yoxdu. Elisiz Ayselin de heyati ola bilmezdi. Cantasini qiraga qoyub damin kenarina cixdi, diqqetle a$agi baxdi, insanlar nöqte kimi görunurdu. Onu sevgilisinden cemi 1 addim ayirirdi. Ele o addimi atmaq isteyende sol terefde ne ise bir qaralti gördu. Bu ba$qa bir qiz idi. Saclari seliqe ile yigilmi$ mavi köynekli bir qiz..o aglayirdi. Deyesen o da özunu atmaq isteyirdi. O Ayseli görub bir addim da kenara yaxinla$di. Ayselde özunu atmaq isteyirdi. Amma bu qiz..onun burda olmasi yersiz idi. Eger polis gelib deseydiki "özunu atma", Aysel o deqiqe tullanardi. Eger valideynleri deseydi du$unmeden atilardi. Bu qizda ne ise deseydi Aysel özunu öldurecekdi. Ama o hecne demirdi. O Ayseli ele bil ki, hec görmurdu. Ba$i özunu atmaga qari$mi$di. Aysel gucunu toplayib tullanma hazirla$irdi. Ama yox, alinmir...hec cur fikrini toplaya bilmirdi.. O qiz..! O qiz!...növbeti defe Aysel cehd edende qiz qi$qirdi:
-axi niye? Ay Allah niye? Rahat ölmekde olmaz? Burdada insanlar mene mane olur. Aysel diksinib geri cekildi. Göresen o qiz niye özunu öldurmek isteyir? Niye? Bu Ayseli maraqlandiran son $ey idi. Ona göre soru$du:
-Sen niye özunu öldurmek isteyirsen?
Qiz Aysele ters-ters baxib dedi:
-Sene qalmayib. Sen kimsen ki, mene sual verirsen? Özude mene mane olursan. Sen burda olanda özumu ata bilmirem. Menim sevgilim dunen avtomobil qezasinda ölub. Mende onun yanina gedirem.
Aysel ca$di. Bu xeber dogrudanda onu teeccublendirdi. Ola bilmezdi. Aysel dedi:
-Menimde sevgilim dunen avtomobil qezasinda ölub.
Qiz ona diqqetle baxib agzi acila qaldi.
-Ola bilmez. Dunen avtomobil qezasinda 1 nefer ölub. Oda menim Elim.
Aysel bir addim geri cekildi, butun bedeni esmeye ba$ladi.
-Nece yeni? Sen niye bu dama cixmisan? Niye mehz bu dama?
Qiz elini uzune tutub aglamaga ba$ladi:
-Biz Eli ile hemi$e bu dama cixardiq. O mene yenice yazdigi mahnini oxuyardi,besdir, meni saxladin-bu sözleri deyib qiz bir addim da kenara yaxinla$di. Aysel qizin elinnen tutub onu geri cekdi:
-Dayan 1 deqiqe. Ne mahnilar? Sen kimden dani$irsan?
Qiz dizleri uste yixildi. Saclari uzune tökuldu. Sakitce dedi:
-Men Eliden dani$iram. Onun rock qrupu var- Firtina..mene de mahni yazmi$di-"Leyla". Menim adim Leyladir. O hemi$e mene bu mahnini oxuyardi.
Ayselin gözleri doldu:
-Ola bilmez. Eli menim sevgilimdir. Onun Firtina qrupu var, ama o "Leyla" mahnisi hec kime yazmayib.
Leyla dedi:
-Bagi$la, bilirem sen kimsen. Ama görurem ki, senin özunu öldurmeye sebebin daha coxdu. Eli menim sevgilimdir. Bu uzuyu de o mene verib. 1 ay evvel biz ni$anlanmi$iq. Aysel dözmeyib aglamaga ba$ladi:
-Nece yeni? 1 ay bundan evvel o Ìstanbula getmi$di. Men özum onu yola salmi$dim.
Leyla kinaye ile gulumsedi:
-Biz Ìstanbulda ni$anlanmi$iq. Ama görurem ki, o Bakida da bo$ durmayib. Menim sevgilimi elimden almaq isteyirdin? Bile-bile ki, onun ni$anlisi var, yene onunla gezirdin?
Aysel dedi:
-Eli menim sevgilim idi. Ama her wey cox qariwdi. Ne ise bir sehv ba$ verib. Nece ildi onu taniyirsan?
Leyla:
- 3 il tamam olacaqdi. Biz heftenin cüt gunleri dama cixardiq, tek gunler i$e gederdi.
Aysel:
-Mende onu 1 ildir taniyiram. Onunla tek gunler goruwurdum, cut gunler guya iwi var idi. Ama eslinde seninle göruwurmuw. O bizim ikimizide aldadirdi.
Leyla:
-Kecen defe demi$diki teze mahni yazmaq isteyir-"Aysel"..senin adin nedir?
Aysel ba$i ile tesdiqledi. Leyla dedi:
-Demeli 2imizle de oynayirdi. Alcaq! Mende ona göre özumu atmaq isteyirdim. Yalanci! Deyirdi evleneceyik. Özude seninle firlanirdi. Leyla dizlerini qucaqlayib aglamaga ba$ladi:
-Nece ona inanirdim..ele bilirdim meni sevir. Ama yalancinin biri imi$. O mene layiq deyildi. Zibil! Yax$i oldu öldun. Yaxsi oldu sene.
Aysel de aglama ba$ladi. 1 anin icinde 1 illik sevgisi nifrete cevrilmi$di. O Eliye nifret edirdi. Eli onu aldatmi$di. Aysel göz yawlarini silib ayaga qalxdi, Leylaya baxib dedi:
-Axmaqliq eleme. Özunu atma. O buna layiq deyil. Sonra cantasini göturub pillekenleri yava$-yava$ enmeye ba$ladi. Addim sesleri getdikce uzaqla$ib blokun sukutuna qari$di. Leyla gözlerini silib gulmeye bawladi. Bu an telefonuna zng geldi:
-Alo
-Alo, Nergiz, hardasan qizim?
-Damdayam ata. Binamizin daminda.
-Ne edirsen orda? Duw gel eve.
-Hec quwlara baxirdim, gelirem indi.
Nergiz teli bagladi. Eslinde Nergiz bu binanin sonuncu mertebesinde qalirdi. Her defe damlarina kimse cixanda evlerindeki cilciraq esirdi. Nergiz 1 ilden cox idi ki, eyvanlarinda oturub hemi$e damlarina cixan 2 gencin söhbetini dinleyirdi. Onlar Nergizi tanimasada Nergiz onlara cox baglanmiwdi. Dunen televizorda Elinin ölduyunu e$idende bildi ki, Aysel yene bu dama qalxacaq. Qalxacaq ki, özunu atsin. Ona göre Nergiz bele bir nagil fikirlewdi. Duzdu, Eli yaxsi oglan idi, Ayseli de cox sevirdi. Ama Ayselin yawaya bilmesi ucun o Eliye nifret etmeli idi. Ayseli gucle de damdan qiraga cekmek olardi, o bunu yeniden sinayardi..alinana qeder..bu nagildan sonra ise o birde özunu öldurmek istemez. O daha Eliye göre aglamayacaq..onun yanina getmek istemeyecek. Heyatini yeniden bawlayib Elini bir sehv kimi unudacaq..Belke de bele daha yaxsidi? Belke itirmekdense nifret etmek daha yaxsidi? Bilmirem..birce onu bilirem ki, bezen tanimadigimiz insanlar bize bizdende yaxin olur...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 421 Bölmə: Sevgi varmı?