beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toxunulmamış Xəyallarım Vardı...

Toxunulmamış xəyallarım vardı mənim. Kimsəyə söyləmədiyim və kimsənin pozmasına icazə vermədiyim xəyallarım vardı. İçində sən olan amma sənin belə bilmədiyin, toxunulmamış, çirklədilməmiş, pozulmamış xəyallarım vardı. Məni bu qədər xoşbəxt edən onlar idi.

Sənə baxarkən nağıllar yazardım mən, səni dinlərkən, sənə toxunarkən, hər hərfində bir xəyalımı saxlayan nağıllar yazardım. Kimsə bilməzdi. Sən də bilməzdin. Çirklənməsin deyə söyləməzdim.

Bəzən söz bitər
Acı içində
Gecələrin də keçməz olar
Gündüzlərin də

Sonra bitdi. Qəflətən bitdi. Sən gedirəm dediyin an pozuldu xəyallarım. Gözləmədiyim bir zaman idi, gözləmədiyim bir cümlə idi, bəlkə onun üçün bu qədər yandırdı canımı.
Kimsələrə toxundurmadığım xəyallarımın üzərinə basa basa getdin. Çirkləndi xəyallarım.
Alışmağa çalışdım. Nəfəs almağa çalışdım. Yaşamağa çalışdım. Çalışmaqla olmurdu. Yaşamam üçün yeni xəyallar lazım idi. Sən yox idin, qurduğum bütün xəyallar yoxluğunla çirklənirdi. Nəfəs almaqla yaşanmırdı.
Yaşamam üçün səni sevməm lazım idi.
Sonunda buraxdım özümü..

Küləyə buraxarsan
Bir quru yarpaq kimi
Harada tapacaqsan bilə bilməzsən
Sonunda özünü

Səni sənsiz yaşamağı öyrəndim sonunda. Səninlə sənsiz nəfəs almağı. İçində sənin olduğun xəyalları səndən uzaqda qərargahı. Sənə baxmazkən, sən dinləməzkən nağıllarıma xəyallar saxlamağı.
Artıq yalnız səninlə deyil hər kəslə paylaşdığım dünyada, yalnız səninlə deyil hər kəslə paylaşdığım anlarım vardı. Sən olmayınca həyat bir nağıl deyildi.
Həyat idi.
Sıravi idi.

Sən Getdin
Hər şey Getdi
Sevinclər
Xoşbəxtliklər
Xəyallar
Artıq hər şey sıravi
Hər şey sadə
Mən də səni sevməkdən heç qorxmadım Sevgilim

Səni bu qədər çox sevdiyim üçün hirsləndim özümə. Bir gün gedəcəyini anlamadığım üçün. Dayanmadan sonsuza qədər sürəcəyini sandığım xəyallar qurduğum üçün hirsləndim. Yaşadıqlarımı hər kəsin yaşadıqlarından ayrı tutduğum üçün hirsləndim. Sən bitdi dediyində o qədər çox acı çəkdiyim üçün hirsləndim.
Hələ belə bu qədər acı çəkdiyim üçün hirsləndim.
Gedirəm dediyində bir az daha qal demədiyim üçün hirsləndim.

Bəzi anlar vardır ya
Ya vardır ya yoxdur
Görə bilməzsən qaranlıqdan
Çarparsan divarlara
Amma yenə də gedərsən
Bir sonrakı addımın boşluq olsa belə
Gözlərinə baxmaqdan
Heç qorxmadım
Sevgilim...

O qədər çox idi ki sənə yığdıqlarım, sənsizliyində bitirə bilmədim. O qədər çox sevmişdim ki səni, sevməkdən imtina edə bilmədim.
Halbuki sən bitirdin.
Halbuki sən imtina etdin.
Ən Getməz dediyim idin
Getdin..
Sən
Getdin.

Hər şey Getdi...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Sevgi varmı?