beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arzunun Gündəliyindən

Səhər açıldı.Evdə hər kəs oyanmışdı.Bacımla məktəbə yollandıq.Mən yolda deyinə-deyinə gedirdim.Öz-özümə deyirdim ki `Nə qədər olar eyni yolu getmək.Eyni proseslər.Eyni maraqsız üzlər`.Ama bacım həyatından razı idi.Çünki o əlaçı idi.Dərslərini yaxşı oxuyurdu.Ama mən bezmişdim.Bizim əkiz olmağımıza baxmayaraq heç xasiyyətcə bir-birimizə oxşamırdıq.Deyinə-deyinə məktəbə çatdıq.Biz eyni sinifdə oxuyurduq.Hətta eyni partada otururduq.Nədənsə artıq ondanda(bacımdan) bezmişdim.Onun düşüncələri çox köhnə idi.Bizim bu gün 6 dərsimiz var idi.Ama mən 3dərsdən icazə alıb yalandan başım ağrayır deyərək məktəbdən çıxdım.Ürəyimdə böyük bir sevinc vardı.Mən sanki uçurdum.Yolda-AZADLIQ.AZADLIQ.AZADLIQ deyə qışqırırdım.Hamı mənə qəribə gözlərlə baxırdı.Ürəklərində:Bu qız dəlidi yəqin-deyirdilər.Ama mənim vecimə də deyildi başqalarının fikirləri.
Məktəbdən xeyli uzaqlaşmışdım.Birdən qarşıma bir manyak çıxdı.Sərxoş idi təbii ki.Əvvəllər manyaklardan çox qorxardım.Ama indi ondan heç qorxmurdum.Əvvəlcə üstümə gəlməyə başladı.Ama mən ayıq və cəld bir qız olduğumdan(bacımdan fərqli olaraq) ona heçə demədən həmin yerdən uzaqlaşdım.Hiss elədim ki acımışan.Yaxşı ki anam çantama yeməyim üçün 1şeylər qoymuşdu.Onu yedim və yoluma davam etdim.1az getmişdim ki qarşıma kiçik bir baxça çıxdı.Uşaqlar üçün əyləncəli yelləncəklər və oyuncaqlar vardı.Mən də uşaqlığıma və şıltaqlığıma mane ola bilməyib bütün yelləncəklərdə yelləndim.Birdən 1səs eşitdim.Gördüm ki 1qadın mənim üstümə qışqırır.Üzünü tam görməsəmdə hiss elədim ki mənim yaşıma gorə bu hərəkətimin çox səhv olduğunu qışqıraraq deyirdi.Ama onun sozlərinə əhəmiyyət vermədim.Çinki bu gün mənim günüm idi.Heç kim məni narahat edə bilməzdi.Çünki telefonumu söndürmüşdüm.Evə gec getsəm məni sorğu-suala tutacaqdılar.Tez də getsəm bütün həvəsim öləcəkdi.Bu fürsət əlimə bir daha düşməyəckdi.Ona gorə də yoluma davam etməyə qərara aldım.Artıq yorulmuşdum.Çünki dayanmadan gedirdim.Səkidə oturdum ki nəfəsimi alım.Beş dəqiqə oturmuşdum ki sağ tərəfdən 4-5nəfəf oğlan keçirdi.Onlar məni görüb dayandılar.Mən onlara cavab versəydim üstümə gələcəkdilər.Ona gorə susub gözlədim.Onların isə getmək fikri yox idi.Məndə onlara gözəl bir söz deyib qaçmaa başladım.Çox şükür ayaqlarım mənə komək oldu.Sürətlə qaçaraq oradan uzaqlaşdım.Evimizə çatmağa az qalmışdı.Ona gorə yavaş-yavaş yeriməyə başladım.Yolu keçdim və kənarda bir pişik balası gördüm.Dünənki yağışdan islanmış yazıq=yazıq miyoldayırdı.Məndə dözə bilməyib onu ovucuma götürdüm.
Çox şirin idi.Ac idi.Çantamdakı çorəyi yedirtdim.Sonra onu əvvəlki yerinə qoyub yoluma davam etdim.Artıq məhləmizə yaxınlaşırdım.Heç qayıtmaq istəmirdim.Çünki evdəkilər məni bezdirəcəkdi.Sorğu-suallarin nəticəsində məni hər şeydən məhrum edecəkdilər.Onu bilirəm ki bacımda mənim tərəfimi tutmayacaqdı.Birdən anamın səsi gəldi.Çiynimdən tutub silkələyirdi ki məni durquzsun.Mən birdən təəccüblə oyandım.Sən demə bu gördüklərim.Yaşadıqlarımın hamısı darıxdırıcı bir yuxu imiş.Anam macəralarla dolu bir yuxunu məni durquzaraq darıxdırcı yuxuya cevirdi.Bacımda məndən nə baş verdiyini soruşdu.Ama heç nə deyə bilmədiM.Yenə eyni proses baş verdi.Yenə məktəb.Yenə eyni yol və yenə bacımla maraqsız bir gün keçəcəkdi.Ama yuxumu təkrar edəib gercək edə bilməzdim.Munki bu artıq yuxu kimi gerçəyə mevrilmişdi.Mənim macəralı yuxumun sevinci də burda bitdi.
Arzunun GundəliyindəN...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 130 Bölmə: Sevgi varmı?