beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Valentin Günü Keçmişdən Günümüzə

Müşriklik və bütpərəstliyin 17 əsrdən uzun bir müddət hökm sürdüyü romalılar arasında ən geniş yaylmış bayramlardan biri sevgi bayramı idi. Bütpərəst romalıların inancına görə, bu bayram "mənəvi sevgi”nin təzahürü idi.
Romalıların bütpərəst bayramları ilə bağlı və xaçpərəst xələfləri tərəfindən sadiqcəsinə davam etdirilən bəzi əfsanələr var idi. Bu əfsanələrin içərisində ən məşhuru, romalıların inanclarına görə, Romanın əsasını qoyan, dişi canavar tərəfindən bir gün əmizdirilən və bununla da dişi canavar tərəfindən ona güc və müdriklik verilən "Romulus” haqqında idi. Romalılar bu hadisəni hər il fevralın ortaları böyük bayram şəklində qeyd edərdilər. Bu bayramın ayinlərindən biri də it və keçi qurban vermək idi. Qüvvətli və əzələli iki gənc itin və keçinin qanını bədənlərinə sürtər, sonra isə qanı südlə yuyardılar. Sonra öndə iki gənc olmaqla, küçə boyunca böyük təntənəli yürüş olardı. Bu gənclər həmin dərinin parçaları ilə yolda qarşılarına çıxan hər bir kəsi vururdular. Romalı qadınlar bu zərbələri xoşluqla qəbul edirdilər, çünki onlar inanırdılar ki, bununla onlar "sonsuzluğun” qarşısını alacaqlar və ya buna çarə olacaqdır.

Günümüzdə bir çox əcnəbi, qəribə mədəniyyətlərə məxsus ənənələrə göz yuman və onları qeyd etməklə bu adət-ənənələrə nüfuz edən əksər müsəlmanlar nə etdiklərindən qafildirlər və etdiklərinin fərqində deyirlər. Onlar sadəcə kor-koranə, düşünmədən öz kor, bəsirətdən məhrum qalmış böyüklərinin ardınca addımlayırlar.

Günahsız bir əyləncə kimi gördükləri, əslində isə göz gəzdirdikdə bu cür adət-ənənələrin kökünün müşrik, bütpərəst adət ənənələrinə gedib çıxdığını çox az dərk edirlər. Onların qucaqlarını açdıqları bu şüarların küfr şüarları ola biləcəyini heç düşünmürlər. Mənimsədikləri bu fikirlərin mövhumat olduğunu belə düşünmürlər. Bunun islam dininin gətirdiklərnə müxalif olduğunu və islama qarşı olduqlarına əhəmiyyət vermirlər.



VALENTİN KİMDİR?



Valentin gününə bir nəzər yetirin! Avropa ölkələrinin əksəriyyətində ölümün dərinliyinə qərq olduqdan, daha sonra Britaniya və Amerikada canlandıqdan sonra, bir də baxırsan ki, qəflətən, gözlənilmədən bir çox müsəlman ölkələrində Valentinlər peyda olmağa başlamışdır. Valentin kim olmuşdur? Bu günü nə üçün qeyd edirlər?

Əfsanələr uydurmaq onların (xristianların) adətləri olduğu kimi bu barədə də əfsanələr çoxdur. Lakin bu qədəri daha aydındır: Valentin günü Romalılar tərəfindən eradan əvvəl 4-cü əsrdə Luperkusa sitayiş, hörmət əlaməti olaraq yerinə yetirilən bir ayin kimi həyata keçirilmişdir. Luperkus "məhsuldarlıq və bir kilsəyə mənsub olan dindarların” İlahı hesab edilirdi. Bunun başlıca cazibədarlığı "əylənmək və ləzzət almaq üçün” cavan, gənc qadınları cavan kişilər arasında bölüşdürmək üçün növbəti ilə kimi keçirilən lotoreya oyunundan ibarət idi.

Bu gün ilə bağlı eyni dərəcədə alçaq, rəzil adətlərdən biri də bu idi ki, bir kiçik keçi dərisinə bürünmüş və əllərində keçi dərisindən kəmərlər ilə iki cavan kişi cavan qadınları "şallaqlarla yüngülcə vuraraq həyəcanlandırır və ağıllarını əlindən alırdılar.” Onlar qurban kəsilmiş keçi və itlərin qanlarını öz bədənlərinə sürtərdilər. "Müqəddəs kişilərin” "müqəddəs” şallaqlarının təsirindən həmin qadınların doğmasının daha effektli olduğuna inanırdılar.

Həmişə olduğu kimi, xaçpərəstlər uğursuz şəkildə Luperkalianın pis ənənələrini qeyd etməyi əldən buraxmamışdırlar. Əvvəlcə onlar qadınların adları olan lotoreyaları müqəddəslərin adları ilə dəyişdilər. İdea belə idi ki, növbəti ildə cavan kişilər lotoreyadan adını çəkdikləri müqəddəsin həyatı barəsində yarış keçirməli idilər. Romada və başqa yerlərdə xaçpərəstlər, romalılar kimi bunu etməyə davam etdilər.

Məşhur fitnənin görünüşünü qorumaqla hələ bunu "savab” məqsədi kimi həyata keçirmək ideyası görünür yaxşı işlənmişdir. Hələ də aciz şəkildə məşhur televizya əyləncələrinin formatlarından istifadə edərək "xeyiri” reklam etməyə çalışan o insanlara hələ bir nəzər salın. Ola bilsin ki, onlar tarixdə bu epizoddan nə isə öyrənə bilərdilər. Bu bədbəxt tərzdə uğursuzluq ilə nəticələnmişdir.

Bu ənənənin yeganə nailiyyəti Luperkalianın müqəddəs Valentin Gününə dəyişdirilməsi olmuşdur. 496-cı ildə Papa Gelasius bunu müqəddəs Valentin adında birinin şərəfinə etmişdir. Bununla belə, xaçpərəst əfsanələrində 50-yə qədər müxtəlif valentinlər var. Onlardan ikisi məşhurdur. Baxmayaraq onların həyatı və özəllikləri də sirr olaraq ört-basdır edilmişdir.

Bu bayramın həqiqi mahiyyətinə daha uyğun olan bir əfsanəyə görə müqəddəs Valentin "sevənlərin müqəddəsi” olmuşdur. Onun özü də dustaq yoldaşının qızına aşiq olmuşdur.

Bu lotoreyaların keçirilməsi nəticəsində meydana gələn ciddi problemlərdən dolayı Fransız hökuməti 1776-cı ildə Valentin ayininin keçirilməsini qadağan etmişdir. Həmçinin illər ötdükçə İtaliya, Macarıstan və Almaniyada bu mərasim yaddaşlardan silinib getmişdir. 17-ci əsrin əvvəlində "Pyuritanların” güclü olduğu bir dövrdə bu bayram İngiltərədə qadağan olunmuşdu. Lakin Kral II Çarles 1660-cı ildə bunu yenidən canlandırdı.

İngiltərədən Valentin ayini Yeni Dünyaya gəlmişdi. Orada işgüzar, mahir Yankilər (Amerikanlar) pul qazanmaq üçün bunu yaxşı vasitə, fürsət olaraq qiymətləndirdilər. Esser A. Houland, 1840-cı ildə ilk dəfə olaraq Amerika Valentin Günü adlı ticarət məqsədli kartlar buraxdı. Birinci ildə valentinlərin qiyməti 5000 dollara satılmışdı. Belə ki, 5000 dollar az pul deyildi. O vaxtdan bəri Valentin sənayesi çiçəkləndi.

Eyni rəvayət də, Halluvin haqqındadır. Belə ki, normal insan məxluqları şeytana ibadəti təcəssüm etdirən qədim müşrik ayinlərini qanuniləşdirmək üçün şeytan və cinlərə bənzəyən paltarlar geyirdilər.

Həmin əhvalatın müşrik adı "Samhain” (soven-tələffüz edilir) adlanırdı. Valentin günündə olduğu kimi, Xristianlıq da adını dəyişdi, lakin müşrik lövbərləri (kökləri, əsasları) dəyişmədi.

Müsəlman ölkələrində beş ulduzlu hotellərdə Halloven şənlikləri zənginlərin cəhalətin uzaq dövrlərindəki mövhumatlarını qeyd etməkləri üçün yerinə yetirilir. Bir dəfə hətta insan qurbanı kimi rəzil bir ayini həyata keçirmişdirlər.

Kristmas məsələnin başqa bir yönüdür. Bu gün müsəlman satıcılar və alıcılar İslamabad və yaxud Dubay, Qahirədə Kristmas şüarlarını satın alırlar. Başqa bir dinin dini mərasimlərinə qoşulmaq kifayət qədər günahdır. Bundan daha pisi olan isə Xristianlar tərəfindən adı dəyişdirilən müşrik mərasimi Saturnaliadır.

Hətta zahirən zərərsiz görünən mərasimlərin müşrik mərasimləri ilə müəyyən əlaqəsi var. Bir əhvalata görə, müşrik ənənələrində insanlar pis ruhlardan, xüsusilə də öz doğum günlərində qorxurdular. İnanırdılar ki, insanlar öz gündəlik həyat tərzini dəyişdikdə, pis ruhlar insan qocaldıqca onun üçün daha çox təhlükəyə çevrilirdi. Ona görə də ailə üzvləri və dostlar doğum günündə həmin insanı gülüşlər və sevincə əhatə edirdilər ki, onu pis ruhların şərrindən qorusunlar.

Məgər sağlam düşüncəli bir insan necə düşünə bilər ki, islam dini islamın etiqad və prinsiplərinə qarşı dərin kök salmış adət ənənələrə etinasız yanaşacaq? İslam dini gəlmişdir ki, şirkin bütün formalarını darmadağın etsin; islamın ardıcıllarının həyatında bunun heç bir izi olmalı deyil.

Bundan əlavə, islam dini öz saflığını və möminlərin özünəməxsus şəxsiyyətini qorumaqda çox həssasdır. Islam qanunları və təlimləri bunu təmin etmək üçün məsələnin təfsilatına gedir.

Məsələn, günəş çıxan vaxt, zenitdə və günəş batarkən namaz qılmaq qadağandır. Bunun qadağan olunmasının hikməti günəşə ibadət edənlərin əməlləri ilə bu ibadət əməlinin üst-üstə düşərək qarışması ehtimalıdır. Məhərrəm ayının müstəhəb orucu; o zamanlar Yəhudilər tərəfindən əsasən yerinə yetirilən bir ibadətdən bunu fərqləndirmək üçün müsəlmanlardan tələb olunur ki, daha bir gün əlavə edərək oruc tutsunlar (Məhərrəm ayının 9-u, yaxud 11-i). Müsəlmanların kafirlərə oxşaması qadağandır.

Müsəlman bir şəxsiyyət daimi bir müsəlmandır. Sevinc və kədərdə, bayramlar və çətinliklərdə müsəlmanlar bu doğru yoldan tutmalıdırlar-çox saylı azdırıcı yollardan deyil. Bu böyük bir faciədir ki, cahiliyyə qüvvələrinin və amansız kütləvi informasiya vasitələrinin kommersiya və mədəni təbliğatının müntəzəm çərçivəsi altında müsəlmanlar Valentinləri, Haloven şeytanlarını və hətta Santa Klausları qoyunlarına basmışdırlar. Bu da heç qəribə deyildir!

Peyğəmbərimizin sallallahu aleyhi və səlləm sözü haqqdır!

Çünki müsəlman ümmətinin rəhbəri Muhəmməd sallallahu aleyhi və səlləm 14 əsr bundan öncə bizə xəbər vermişdir ki, onun ümmətindən bir zümrə insanlar adət və ənənələrində Allahın düşmənlərinin yoluna tabe olacaqlar. Əbu Səid əl-Xudri radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: "Sizdən əvvəlkilərin yoluna (etdiklərini) qarış-qarış, arşın-arşın tabe olacaqsınız. Hətta kərtənkələ dəliyinə girsələr onların arxasınca gedəcəksiniz. Biz dedik: Ya Rəsulullah, yəhudilər və xristianlarımı nəzərdə tutursan? O: Başqa kimləri?!”-deyə cavab verdi (Buxari 8/151; Müslim 4/2054).

Peyğəmbərin sallallahu aleyhi və səlləm söylədikləri həqiqətən də baş vermişdir və son dövrlərdə bir çox müsəlman ölkələrində bu özünü daha geniş şəkildə büruzə verir. Müsəlmanların bir çoxu adət-ənənələri və davranış tərzlərində Allahın düşmənlərinin yolu ilə addımlayır, bəzi ayinlərdə və bayramların keçirilməsində özlərini onlara oxşadırlar. Ona görə də, son olaraq bütün müsəlman cavanlara nəsihət edirəm ki, dinlərini yaxşı öyrənsinlər, Allahdan lazımınca qorxsunlar və bilsinlər ki, izzət qeyri-müsəlmanlara oxşamaqda deyil Allahın dinində və ona tabe olmaqdadır.

Allah təala buyurur: "Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!” (Əl-Münafiqun 63:8)

Indi isə gəlin Valentin Gününün qeyd edildiyi Qərb Aləminin vəziyyətinə bir göz gəzdirək və özümüzə belə bir sual verək: "Həmin cəmiyyətlərdə nikah əlaqələrinin durumu nə haldadır? Bu cür mərasimlərin kişi (ər) və (arvad) qadınlar arasında qarşılıqlı əlaqələrdə hər hansı müsbət təsiri varmı?

Buyurun, onların özlərinin apardıqları tədqiqatların nəticələri və statistik göstəricilərə bir baxaq:

BUDUR QƏRB MƏDƏNİYYƏTİNƏ DAİR ÇOX MARAQLI FAKTLAR

1. 1987-ci ildə Amerikada həyata keçirilən tədqiqatlardan birində bildirilir ki, kişilərin 79%-i öz qadınlarını döyürlər. Bu xüsusilə də evli olduqları zaman daha çox özünü büruzə verir…! (Əl-qabas qəzeti, 15/2/1988)

2. Amerikada Ruhi Sağlamlıq üzrə Ölkə Departamenti tərəfindən aparılmış tədqiqatda deyilir:

-Təcili yardım mərkəzlərinə gedən qadınların 17 %-i öz həyat yoldaşları və "oğlan dostları” tərəfindən döyülməyə məruz qalan qurbanlardır.

-Əvvəllər ən azından bir dəfə xəsarət alaraq müalicə almaq üçün xəstəxanaya köçürülənlərin 83%-i döyülməyə məruz qalaraq xəstəxanaya alınmışdırlar.

Tədqiqatda əlavə olunur ki, bəzi qadınlar müalicə üçün xəstəxanalara getməmişdirlər, sadəcə öz zədələrini evdə müalicə etdirirlər.

3. Müayinə üzrə Mərkəzi Amerikan Agentliyinin hesabatında deyilir ki, Amerikada hər 18 saniyədən bir öz əri tərəfindən döyülən qadınlar var.

4. Amerikan Time jurnalında deyilir ki, təxminən 6 miliyon döyülən qadından 4000-i həmin zərbələr nəticəsində dünyasını dəyişirlər.

5. Almanlar tərəfindən aparılan tədqiqatda bildirilir ki, sayı 100 000-dən heç də az olmayan qadın öz həyat yoldaşları və yaxud yaşadıqları kişilər tərəfindən illik fiziki və yaxud psixoloji zərbələrə məruz qalırlar. Həqiqi göstərici ola bilsin ki, milyonu aşır.

6. Fransada təxminən 2 milyon qadın zorakılıq halları ilə üzləşirlər.

7. Britaniyada 7000 qadının iştirak etdiyi rəy sorğusunda onlardan 28%-i bildirir ki, öz ərləri və "oğlan dostları” tərəfindən hücumlara, zorakılığa məruz qalmışdırlar.

Elə isə axı necə inanmaq olar ki, Valentin Günü evlənənlər üçün müəyyən fayda ifadə edir: Həqiqət budur ki, bu (Valentin Günü) əxlaqsızlıq və qadağan olunmuş əlaqələrə səsləyən bir çağırışdır.

Öz həyat yoldaşını səmimi qəlbdən sevən kişinin ona öz sevgisini bildirməsi üçün bu bayramı keçirməyə ehtiyacı yoxdur. O öz sevgisini ona hər zaman və bütün hallarda nümayiş etdirməlidir.

ÖZÜNÜ MÜSƏLMAN HESAB EDƏNİN VALENTİN GÜNÜNƏ MÜNASİBƏTİ

Müsəlmanın bu bayrama qarşı münasibəti açıq-aydın olmalıdır:

1. O bu bayramı keçirməməlidir və yaxud onları keçirən "cahil müsəlmanlara” qoşulmamalıdır. Çünki Quran və hədislərdə keçən dəlillər göstərir ki, kafirlərin bayramlarını keçirmək qadağandır.

Əl-Hafiz əl-Zəhəbi, Allah ona rəhmət etsin, demişdir: "Bir halda ki, xristianların və yəhudilərin onlara xas, məxsus öz bayramları var, ellə isə müsəlmanlar o bayramların keçirilməsində onlara qoşulmamalıdır, necə ki, (müsəlman) bir kəs onların dininə qoşulmur (qəbul etmir) və yaxud onların qibləsinə dönmür”. (Təşəbbuh əl-Xəsis bi əhl Əl-Xəmis, Hikmət jurnalı, 4/193)

Həmçinin sələfi salehlərimizin (saleh əcdadlarımız) başlıca prinsiplərindən biri "Əl-Vələ vəl Bəra” (Dost və Düşmən-Allahın dostlarını dost, düşmənlərini düşmən tutmaq) prinsipidir. Ona görə də Lə iləhə illəllah Muhəmmədən Rəsulullah söyləyən hər bir kəsə vacibdir ki, bu prinsipə tabe olsun. Müsəlman yalnız müsəlmanları, möminləri sevməli və kafirlərə isə nifrət etməlidir, onlara müxalif olmalı və onlardan fərqlənməlidir. O bilməlidir ki, kafirlərə oxşamaq böyük fəsadlara səbəb olduğu kimi, möminləri dost tutmaq da böyük, saysız-hesabsız faydalar gətirir. Həmçinin bilmək lazımdır ki, müsəlmanlar özlərini kafirlərə bənzətdikdə bu cür münasibət kafirləri xoşbəxt edir və qəlblərini sevinclə doldurur, müsəlmanların qəlblərinin kafirləri sevməsi ilə nəticələnir. Əgər müsəlman bir qız Marqaret və yaxud Hilarinin bu bayramı qeyd etdiklərinə görə o da bunu qeyd edirsə, cahilliyindən onlara tabe olduğunu və onların bu davranışını təsdiq etdiyini göstərir.

Lakin Allah təala buyurur: "Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!” (Əl-Maidə 5:51)

XÜLASƏ

Kafirlərə bənzəməyin ən böyük fəsadlarından biri budur ki, bu bayramları keçirdikdə elə görünür ki, guya onların ardıcılları çoxdur.

FATİHƏ surəsinin hər iki rəkətində:

6- "Bizi doğru (düz) yola yönəlt!

7 – Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların (yəhudilər) və (haqdan) azmışların (xristianların) (yoluna) yox!”

oxuyaraq, möminləri doğru yola hidayət etmək üçün və Allahın qəzəbini qazanan və yolunu azanların yolundan uzaqlaşdırmaq üçün bu ayələri oxuyan, sonra da öz seçimi və arzusu ilə onların yoluna tabe olan bir müsəlmana belə etmək heç də yaraşmaz!!!

Bir də məgər kafirlərin bu bayramını keçirən və yaxud keçirmək üçün müxtəlif bəhanələr, üzrlər irəli sürən və sonra da "Mən Allahı və Məhəmməd Peyğəmbəri sallallahu aleyhi və səlləm” sevirəm söyləyən müsəlmanların Peyğəmbərimiz Muhəmmədin sallallahu aleyhi və səlləm "karikaturasını” çəkən və ələ salan xristianlara hədiyyəsi budur mu!!!

Allah bütün cahil müsəlmanlara hidayət versin. Elə isə bilin ki, həqiqi sevgi Allahın Rəsuluna tabe olmaqdır. Allah təala buyurur: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir.”


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 386 Bölmə: Sevgi varmı?