beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgiye Aid 6exsi FikirLerim...

Bəzən “gözlə məni deyər“, bəzən də“ gözləmə, həyatına davam et“ deyər... Gözləmə demənin ardından bir gözlənmə istəyi vardır daima. Nədənsə hər kəs biri tərəfindən gözlənmək üçün darıxar. Darıxılmaq üçün darıxar, ya da bir kimsənin həyatında hər zaman var olmağı bilməkdir gözəl olan... Və hər qalan üzərində ki, ağrı ilə “gözləyirəm“ deyər... Qayıdmayacağını bilə-bilə. Gəlməyəcəyini bilə-bilə. Sevməyəcəyini bilə-bilə.
Və gözlər... Taa ki, bir gün artıq ümidləri kəsilib, yolların tamamilə ayrı olduğunu fərq edilənə qədər... Və başlar kaşkilər, peşmanlıqlar. Yanımızda ikən fərq etmədiyimiz bir çox təfərrüat ilişər yaddaşlara. O isə “nə gözəl imiş yaşananlar“ deyərsiniz. “Məgər nə çox sevmişdim“, deyərsiniz . və bəlkə də heç sevmədiyinizi fərq edərsiniz. Ən ağrı vericisi budur... Sevilmədən sevdiyinizi fərq etdiyinizdə, beyninizi yeyər minlərcə suallar. “Eşq Sorğuya Çəkilmədən Yaşanmalıdır...” Amma unudarsınız bu qanunu, “niyələr və nə üçünlər” didib dağıdar beyninizi... Ağlamaq sizin üçün qaçınılmaz bir seçimdir. Ağlarsınız hər şeyə və hər baş vermiş hadisəni xatırlayaraq....Baxtığınız hər yer ”onda” sonlanar… Gördüyünüz hər şeydə ”onu” axtararsınız. Güzgüdəki görüntünüzdə bir yansıma axtararsiz..Yağan yağışdır, dənizdəki parıltıdır ”o”, gecələrin ayı, gündüzlərin günəşidir ”o”. Başlayarsınız cavabı bəlli olan suallara özünüzdə cavab axtarmağa. Və sizə belə gələr ki, sorğulama vaxtı gəlmişdir. Lakin yaddan çıxararsınız bir şeyi.....
Və son cümlələr tökülər dilinizdən... Fərqli deyəcəyiniz bir şey qalmamışdır çünki. Ürəyinizi sizdən aldığı kimi, gedərkəndə cümlələrinizi də aparmışdır . Səssizlik qalar geriyə, bitmiş bir sevgidən. Və Ayrılıq qalar boynunuzda, ” kəskin bir ilmək kimi...” Bitəcək deyə düşünərsiniz acınız amma bitməz. Sadəcə bir yerlərdə gizlənər qəlbinizdə... Bir mahnıda, bir şerin kədərli misralarında və bəlkə də bir sözdə qanamaya hazır bir yaradır o artıq... Elə bil, biri bu dəqiqə ipi çəkəcək... Dayandığını düşündüyünüz dünya bu dəqiqə batacaq... Amma nə dünya batar, nədə o ilmək çəkilər. Həyat davam edər və bu çarxın içində sizi də bilmədiyiniz başqa diyarlara sürükləyər.
”Səssizliyin İçində Bir Qışqırıq, Qaranlığın İçində Bir İşıq, Ürəkdə Qapanmaz Yaradır o Artıq”...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 106 Bölmə: Sevgi varmı?