beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hisslər Adası

Uzaqlarda, okeanda bir ada var idi və bu adada insanın bütün hissləri və dəyərləri birlikdə yaşayırdı: Sevinc, Kədər, Müdriklik...və Məhəbbət də daxil olmaqla bütün qalan hisslər.


Bir dəfə məlum oldu ki, ada tezliklə su altında qalacaq. Buna görə bütün hisslər adanı tərk etdi, yalnız Məhəbbət son dəqiqəyə kimi gözlədi. Adada lap az quru hissəsi qalanda Məhəbbət də kömək istəməyə qərar verdi. Zənginlik dəbdəbəli qayıqla yaxınlıqda üzürdü və Məhəbbət ona səsləndi: “Zənginlik, məni özünlə götürə bilərsənmi?” Zənginlik cavab verdi: “Yox, götürə bilmərəm, mənim qayığımda çoxlu qızıl və gümüş var, sənə yer yoxdu.”
Sonra Məhəbbət gözəl qayıqda olan Qürurdan kömək istədi: “Qürur, sənə yalvarıram, məni də özünlə götür.” Qürur dedi: “Götürə bilmərəm, Məhəbbət, axı mənim qayığım çox gözəldir, sən onu korlaya bilərsən.”
O zaman Məhəbbət Kədərdən yardım istədi. Kədər cavabında dedi: “Ah, mən elə pisəm ki, indi gərək tək qalam.”
Sevinc də Məhəbbətin yanından üzüb keçdi, lakin onun əhvalı o qədər yaxşı idi ki, onu kiminsə çağırdığını heç eşitmədi də.
Birdən bir səs eşidildi: “Gedək, Məhəbbət, səni özümlə apararam.” Bu, bir qocanın səsi idi. Məhəbbət elə sevindi ki, qocanın adını soruşmağı unutdu. Sahilə çatanda qoca qeyb oldu. Məhəbbət bu qocaya nə dərəcədə borclu olduğunu başa düşürdü, Bilikdən soruşdu ki, o qoca kim idi. Bilik cavab verdi: “O, zaman idi”. “Zaman?”, - Məhəbbət təəccübləndi, - “bəs niyə mənə məhz Zaman kömək etdi?” Bilik müdrikliklə cavab verdi: “Çünki yalnız Zaman həyatda Məhəbbətin nə qədər vacib olduğunu başa düşə bilər”...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 81 Bölmə: Sevgi varmı?