beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Biri Var Idi, Biri Yox Idi...

Görəsən bu sevgi mənə nəyin
hesabını ödədi…Həyatıma
girəcəyin gün gedəcəyini
bilirdimmi? Ona görəmi sevdim?

Səni sevməyi mən
istədim?..yoxsa sən özünü
sevdirməyi bilirdin?…
sevgi iki nəfərlikdir əzizim…
mən həmişə bu sevgini tək
başıma yaşadım…
sən getdin mən gözlədim…nağıl
kimiydin bir var idin bir yox…
məni həmişə uçurumun
kənarına aparıb bərk-bərk
qucaqlayardın…sonra aşağı
buraxardın.Az qalırdım ki,
düşüm,yenə möhkəm
qucaqlayardın…ağlımı apardın…
yalanlarla aldatdın məni…
Hər yalanın dözülməz oldu…
həmişə bağışladım…qürurumu
sənin üçün satdım…
Niyə səni həmişə sevdim? …
niyə həmişə pisliklərini
görməməzlikdən gəldim?…
Niyə bu sevgini doyunca
yaşamağa fürsət vermədin?
Ən dəyərlim idin mənim …
qıymadığım…məndəki, tək adın
sevgi olub…amma yordun məni
əzizim…
Məhv olmuş bir sevgidir bu…
sevgi artıq yoxdur amma daha
sonra fərqinə vardım ki,
içimdəki sən hələ də
yaşayırsan.…
və sənin mənə etdiyin kimi
etdim mən də…ürəyimdəki
uçurumun kənarına götürdüm
səni…ilk öncə möhkəm sarıldım
sənə…və sonra tutmamaq
qərarına alıb səni buraxdım
əlimdən…
sən əlimdən çıxarkən çox sakit
şəkildə düşdüyünü seyr etdim…
Sənin verdiyin acıların intiqamı
idi....
bunu da yalanlarının arasında
yükləmişdin bəlkə də…
və mən səndən başqa heç bir
şeyi görməyən gözlərimlə hiss
etmişdim…
Böyüdüm səndən sonra…
addımlarım sərtləşdi…ağlım
qəlbimə söz keçirtməyi
öyrəndi…
Bədənim ruhuma daha da
möhkəm sarılmağa başladı…
gözlərim cüzi bir xırdalıqlarıda
görürdü artıq…
çətin oldu,amma səsin
qulaqlarımdan tamam
silindi,başqa səsləri eşidə
bilirəm artıq…
bir tək əllərim öyrəşmədi
sənsizliyə…boşluğa belə
toxunmadım səndən sonra…
bir tək onlara söz keçirə
bilmədim…Hansı həyatda var
olursan ol…
amma artıq heç kimə əzab
vermə sevgilim…ilk öncə özünə
bağlayıb,sonra nağıllara
qarışma…
unutma!!..dünya sənə aid
deyil…
buraxdığın acıların qarşılıqlı
cavabını verən mütləq
tapılacaqdır..!!


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Sevgi varmı?