beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Senin Neyinem?

Mən sənin sonradan dəyərini bildiyinəm. Sən mənim uzaqlaşdıqca yaxınlaşanımsan. Mən sənin vicdanının qara tərəfiyəm, ürəyinin qabıq bağlamayan yarası,içini rahat buraxmayanınam.

Sən mənim ən gizli mərasimlərlə içimə gizlətdiyim, sən mənim boğazıma yumrulanıb qalan, uda bilmədiyimsən. . Sən peşmanlığımsan. Sən mənim geri dönüşü olmayan yollarımın çıxmaz küçələrisən.



Mən sənin hər kəsin yanındakı bədbəxtliyin, unuda bilməyəcəyin yaddaşın, söz dinləməyən uşağıyam ürəyinin. Mən səndə, qələmin qırılması, qələmin qırılmasıyam..



Sən mənim "kaş ki dilsiz olsaydım, o sözləri deməyəydim" təmənimsən.. Sən mənim dolu bir bulud kimi üstümdə dolaşanımsan. Sən mənim həyat boyu birlikdə yaşayacağam talehimsən.



Mən sənin çalmağa qapın , boşa çıxan gözlənişlərinəm. Bitib tükənmək bilməyən sonuncu ümidin, hər səhər yenidən başlayan ümidinəm.




Sən mənim nə qədər istəsəm də uzaq durduğum, qaçarkən daha çox eşqim olduğumsan. Özümə verdiyim, amma tutamadığım sözlərimin səbəbisən.




Mən sənin gözündən axan damla, ürəyindən gələn hirs, beynində rahat dayanmayan "kaş ki" nəm. Mən sənin baxıb xatırladığın, geri ala bilmədiyin zamanınam...



Sən mənim utancımsan. Üzləşməkdən qaçdığım, amma bir güzgü kimi qarşımda dayanan , gizləndiyim, gözlərimi qapadığım utancımsan.




Mən sənin sonuncu səhfin, artıq nə etsəndə fayda etməyəninəm.

Sən mənim tükənən kəlimələrim, qəlbimin beynimə söz keçirə bilməmə səbəbisən.

Sən mənim ürəyimin ilk atışı ...
Mən sənin ürəyinin sonuncu atışıyam...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 176 Bölmə: Sevgi varmı?