beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana Gözleri

Ana gözləri



Uzaqlarda bir ölkədə kimsəsiz bir ana ilə qız yaşayırmış . Bu körpə qızı gözləri görməz . Özüdə çox çirkin imiş. O ətrafındakı bütün varlıqları anasını gözü ilə görərmiş. Bir gün isə qiz anasini yanina çağırır özüzünün necə göründüyünü bilmək istəyir . Ana isə qızına onun nə qədər gözəl olduğunu söyləyir. Körpə qız isə buna çox sevinir gözlərim görməsədə mən gözələm deyir. Anasi onu heç bir zaman bayirda uşaqlarla oynamağa qoymurmuş . Zaman keçir kiçik qız böyür və bir gün anası evdə olmayan zaman bayırda oynayan uşaqların səsini eşidir . Bayıra çıxır uşaqları səsləyir uşaqlar onun yanina gəlirlər və nə istədiyini soruçurlar . Qizda onuda aralarına qatmalarını istəyir . Bu zaman uşaqlardan biri səslənib deyir buna bax ey hem kordu hemdə çirkindi bizimlədə oynamaq istəyir. Qiz ağlayır və qişqırır yalan deyirsiz anam mənim qədər gözəl olduğumu deyir. Bu zaman uşaqlar gülür yazıq qız isə ağlayaraq evə qayıdır. Yatağına uzanır anası gəlincəyə qədər ağlayır . Ana evə daxil olur bu zaman qızını ağladığını görür. Qızını yanına gedir ondan nə üçün ağladığını soruşur. Qızsa sualın cavabında anasına mən çirkinəm deyir . Ana isə o, nə sözdü qızım sən dünyanın ən gözəl qızısan deyir. Qız anasını sinəsindən geriyə itələyir sən yalan danışırsan deyir. Mən gözəl deyiləm. Qız günlərcə ağlayır nə yeyir nə içir ana qızını gördukcə hər gün dahada pis olur. Qızına yaxınlaşır ondan nə istədiyini soruşur qız isə əməliyyat olmaq görmək istədiyini bildirir. Ana qızını bu halına uzulur ona onu əməliyyat etdirəcəyini söz verir. Səhər açilan kimi qızı həkimə aparır. Həkimlər onun görə bilməsi üçün ona göz lazım olacağını deyirlər . İstənilən o gözü tapmaq günlər bəlkədə aylar illər alacaqdı. Ana bununla razı olmur. O öz gözlərini qızına verəcəyini deyir və bu belədə olur . Artiq ana kor qızı isə görəcəkdi. Qızın əməliyyatı qurtarır gözlərindəkı bantların açılacagı gün gəlib çatır. Bantlar açılır və qız aynaya baxıb özünün nə qədərdə gözəl olduğunu görür. Ətrafındakıların ona nə qədərdə çirkin olduğunu desələrdə o hər aynaya baxdıqda əksinə özünü dahada gözəl görür . Çünki o qız özünə öz gözü ilə deyil anasının gözü ilə baxır. Qız anasına yaxınlaşır ana gözləri övladını hər zaman gözəl görərmiş deyir. Onu gözəl görən o gözləri ağlatdığı üçün anasından uzur istəyir.



Analar övladlarını hər zaman gözəl görür .

Gəlin bizdə o gözəliyin qarşısında onlara hörmət sevgi bəxş edək.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 124 Bölmə: Sevgi varmı?