beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oz Heyatim :((

2009-cu ilin payız fesilinin sonu idi.İnstituta girdiyim il idi . Ne yalan deyim ,O vaxtlar İsmayıl YK-Cılqın mahnısından sonra , çoxları kimi menim de Facebook-a maragım artmışdı . Deqiq yadimda deyil ya oktyabr ,ya da noyabr ayının son heftesi idi.O vaxtlar hele agente teze girirdim.Agenti açmaqda meqsedim kiminlese tanış olmaq yox,Facebook-da qeydiyyatdan keçmek ve qrup uşaqları ile mırtlaşmaq idi.Günlerin bir günü,yene hemişeki kimi dersden eve geldim,yemeyimi yedim,1stekan çay süzüb keçdim komputerin qabagına.Agenti açdım,üstunden texminen 15deqiqe keçmişdi ki,bir qız dostluq gönderdi (Seva Kerimli-ideal_lady@inbox.ru) ve ilk “Salam”-ı da o yazdi. Yazışmağımız çox süni idi “Necesen?” “Çox sağ olun,siz necesiniz?” bu gedişatda, Seva Kerimli dedi:-Ancaq bele danışacağıq
-“Ne haqqında danışmaq isteyirsiniz?” deye soruşdum...
-“Nebilimeee,özün haqda yaz daaa” deye cavab verdi...
Neyse başladıq bir-birimizi tanımağa (kaş ki , tanımasaydım)... Vaxt teyin edib , her gün eyni vaxtda agente girib en azı 1,5 saat danışırdıq . Çox öyreşmişdik bir-birimize . Hansımızsa agente girmeye gecikende, 10-15 deqiqe müzakire gedirdi ki, “Hardasan?” “Bayaqdan seni gözleyirem” ve s... Ama aramızdakı semimiyyete söz ola bilmezdi. Heç 11 il bir sinifde oxuduğum , sinif yoldaşlarımın çoxu ile bu qeder semimi deyildim... Bir gün , söhbet gedişi zamanı birden-bire “xoşuva gelirem?” . Dedim seni görmemişem axı . Avatardakı şekil özünün olduğunu dedi . Çox şirin bir qız idi , ama yene de inanmadım özü olar . Plagiat şekile oxşadırdım . 3 dene şekilini gönderdi , şekilleri görenden sonra , o olduğuna inandım. Heqiqeten çox şirin , bir o qeder de gözel qız idi . Ona xoşuma geldin deye bir söz demedim . Şekilleri gönderenden sonra heç özü de bu haqda soruşmadı . Ama heqiqeten çox xoşuma gelmişdi . Düzdü deyirler ki , “ideal insan yoxdu” ama bu qız xarici görünüşce menim xeyallarımdaki qız heqiqeten de “ideal_lady” idi... Ondan nömresini istedim , ama vermedi . Tebii hal idi, 3-5 gün tanıdığı birine nömresini niye vermeli idi ki? Ama o menim nömremi aldı ve imkan olan kimi elaqe saxlayacağını dedi . Sevincimden uçurdum... Günlerin bir günü , yene agentde danışanda “Heç kefim yoxdu” dedi . Sebebini soruşdum , sevgilisi ile arasının deydiyini dedi . Sevgili sözünü eşidende , çox pis oldum ve “sevgilin var ki?” deye soruşdum . Cavabı “He var” dedi . Düzdü onu sevmirdim,texminen 1ay olardı tanıyrdım, ama heddindın artıq çox isteyirdim ve çox öyreşmişdim ona . Özüm de heddinden artıq qısqanc olduğum üçün , onun sevgilisi var deye , “seninle danışa bilmerem artıq” dedim . Hemçinin o da mene öyreşmişdi , xahiş eledi ki , “mene kömek ol” . Xetrine deye bilmezdim , ona göre de her defef o sevgilisi ile dalaşanda , araları deyende , men bacardığım qeder meslehet verirdim ve barışdırırdım onları . Ama her defe “Onu Seve bilmirem” deyirdi . Oğlan qohumları olduğunu dedi , içim qan ağlaya-ağlaya , zorla o oğlanı sevmesini isteyirdim , çünki onu kefsiz olmasına dayana bilmirdim. Yene bir gün söhbet arası mene daha 2 eded şekil gönderdi, belke de gözel deyildi , ama menim gözümde MELEK idi. “Xoşuva geldim?” dedi . “Normal qızsan daaa” dedim ve xetrine deydi , çıxdı agentden . 3 gün girmedi , ele bu vaxt da menim agentim bağlandı . Ne onu berpa etmedim , ne de teze agent açmadım . Başım da imtahanlara qarışmışd deye düzü heç vaxtım da olmurdu . Bir gün imtahan vaxtı , gizli nömrede zeng geldi , adboy verdim , ama israr edirdi , zeng vururdu dayanmadan . Bir teher açdım , uşaq ağlamaq sesi qoşmuşdu . Cavab vermedi , yene adboy vurdum , ama bu yene zeng vurdu . Yene hemin sesi qoşmuşdu , Men de dedim ki “ALLAH saxlasın” güldü ve dedi ki , “ALLAH sene de qismet elesin” . Dedim imtahandayam , mümkünse sonra zeng vurarsız . “Ok” deyib adboy vurdu . İmtahan boyu fiirleşirdim göresen kimdi ? Neyse imtahan bitdi , 10-15 deqiqe keçmişdi ki , yene zeng vurdu . Dedim “kimdi ki , danışan?” dedi sen tap . “ağlıma gelen bir ad dedim , deyesen Ayan demişdim” . Bunu eşiden kimi , yüksek sesle “Ayan kimdi?” dedi ve adboy vurdu . Heçne anlamırdım... Üstünden hardasa 2 saat keçmişdi mesaj geldi ki , menem Sevinc , bayaq zeng vuran men idim . Zeng vurdum danışdıq . Bele danışırdıq arada... Menden teze agent açmağımı xahiş eledi . Yene her gün danışırdıq , qış tetili olduğundan , mektebe de getmirdi deye 3-4 saat dayanmadan söhbet edirdik agentde . Hemin vaxt o 9-cu sinifde oxuyurdu , menden 3 yaş kiçik idi... Söhbet arası sevgilisinden söhbet açanda , özümden asılı olmadan esebleşirdim . Aprel ayının 13-ü idi , sabah onun ad günü olacaqdı . Aramız da soyumuşdu... Gece saat 00:00 da mesaj yazıb , ad gününü tebrik etdim . Çox sevindi , ilk tebrik eden men idim . Seher açılan kimi zeng vurdu ki , bes ad günümü restoranda keçiririk , isteyirem ki , sen de iştirak edesen , ama gele bilmeyeceyimi dedim . Çünki gedib , ne deyecekdim ? “sen kimsen?” deye soruşanda ne cavab verecekdim? Onu da başa saldım ki , incimesin . Seheri gün , Agentde ad gününde çekdirdiyi şekilleri gönderdi , ilk şekil geldi ve şok oldum... Gelinlikde idi... o biri şekilleri qebul etmedim ve “bu ne geyimdi deye?” soruşdum . Dünen nişanım idi deyende , Dünya başıma daraldı ele bil . Ona bağışla men çıxmalıyam dedim . Zeng vurdu , telefonu söndürdüm . 3-4 gün işletmedim telefon .Deli olmuşdum , ona çox bağlanmşdım , ama nişanlı biri ile danışa bilmezdim . Çox çetin olsa da unutmağa mecbur idim . Telefonu açanda saysız zeng ve mesajlar var idi . Hamısını oxumadan sildim . Zeng vuranda da götürmürdüm . Neyse , SON ZENG günü geldi , Bacımın SON ZENG-i idi . Qrup yoldaşlarım zeng vurdu ki , axşam Razinde görüşek . Uşaqlarnan görüşdük , hardasa saat 22:30 olardı çıxdıq çay evinden ve qerara aldıq ki , gedek Razin parkına 5-10 deqiqe fırlanaq , sonra gederik . Parka yeni gimişdik ki , bir oğlan ve dalınca da iki qız telesik keçdiler... Qızı Sevince oxşatdım ve arxasınca gedib , gizli nömre ile zeng vurdum . Heqiqeten de o idi... İnana bilmirdim , bu qeder tesadüf ola biler? Açıq nömre ile zeng vurdum ki , veziyyet beledi gel qirağa söhbet edek bir az . Sevincimden esirdim . Geldi , şekildekinden defelerle gözel idi , gözlerimi çeke bilmirdim . Anasıgilin de burda olduğunu dedi ve “bağışla , ama getmeliyem . Özüm elaqe saxlayacam seninle” dedi ve getdi . Xalası qızının SON ZENG-ine gelmişdi Razine . Eve qayıdırdım ki , zeng vurdu ve harda olduğumu soruşdu . Artıq eve çatırdım . Dedi ki , iki günden sonra görüşerik . bütün geceni mesajlaşdıq . Dediyi kimi 2 gün sonra zeng vurdu , yene imtahanım idi . imtahandan çıxandan sonra , Zeng vurdum . Nizami metrosunun qabagına gel dedi . Özüm de İçeri Şeherde(İqtisad Universitetinde) oxuduğumçün , 10 deqiqeye özümü çatdırdım ora . O el uzatdı , tutmaq istemedim , çünki nişanlı qızdı ,ama onu da sındıra bilmezdim. Söhbet ede-ede düşdük Sovetskiye . Yene elini uzatdı ki , “maşından qorxuram , elimi tut”. Özümü dünyanın xoşbexti hiss edirdim . Nişan söhbetini açdım , yene tesdiqledi . Ama xahiş eledi ki , elaqeni kesmeyek. Görüş bitdi ve onu metronun qabağında gözleyen xalası qızının yanına qoydum ve qayıtdım . 5deqiqe keçmişdi ki , mesaj yazdı ki , “Sevdimeee seni”. Cavab yazmadım , ama zeif nöqtemi bilirdi , menden kiçik olsa da , çox agıllı qız idi . Yene aranı düzeltdi ve ele bil bunun nişanlı olduğunu unutdurdu mene... İmtahanlarım bitmşdi artıq , 2 dene kesrim var idi . “Baloniya sistemi” olduğu üçün , “yay mektebine” getdim . Her şey yolunda gedirdi ve mene nişanlı olduğunun yalan olduğunu dedi . İnanmadım , and içib inandırdı yene . Universitetden çox , Seva ile görüşe gedirdim . Onun öz isteyi ile “öpüşmüşdük” . Bu meni ona daha çox bağlamışdı . Aramızda tez-tez söz-söhbet olurdu , normal idi bu da . Avqustun ortalarına qeder , Her şey yolunda gedirdi... Onu da deyim ki , mene göre o da Facebook-a gelmişdi , ama sözümden çıxmırdı .Dostluğunda Men ve qardaş dediyim 2 dostumdan başqa oğlan yox idi .Avqustun 15-16 –indan sonra mene qarşı çox soyumuşdu . Bu da meni deli edirdi , ama heçne olmadığını deyir , sadece kefinin olmadığını bildirirdi . Her gün dehşetli derecede esebi olurdum . Bir gün evde dalaşdım ve çıxdım evden . gece saat 23:30 olardı texminen . Ona zeng vurdum , adboy vurdu . dedim yeqin danışa bilmir , mesaj yazdım ki , veziyyet beledi , mümkünse gel Facebook-a söhbet edek darıxmışam . Bu mesajdan sonra zeng vurdu mene “Hemin o guya nişanlı olduğu oğlan haqda danışmağa başladı , ama mene ayrıldığını demişdi. Ayrılmadıqlarını , onun Türkiyede olduğunu ve Avqustun sonu geleceyini dedi ve bağışla meni ayrılmalıyıq , axtarma meni dedi ve adboy vurub telefonu söndürdü” Deli olmuşdum , o gece eve de getmedim , evden axtarıb tapa bilmesinler deye telefonu da söndürdüm . Bütün geceni oyaq qalıb fikirleşdim ki , eger meni yox onu sevirse ne ede bilerem ki ? unutmalıyam çetin olsa da. 3-4 gün sonra danşdıq , qerar verdiyini dedi ve meni seçdiyini dedi . Avqustun 28-i emeliyyat olunacaqdım ve hemin gün de oğlan gelmeli idi Türkiyeden . Seva mene söz verdi ki , telefonu söndürecek ve mene sadiq qalacaq . Xestexana idim , 2 saat sonra emeliyyat olacaqdım . Yanıma da heçkimi buraxmırdılar , üreyim partlayırdı . Yaxşı ki , qaldığım otaqda şeher telefonu var idi . Evimize zeng vurub , bacıma Sevanın xalası qızının nömresini dedim ki , ona zeng vurub Sevincgilin ev nömresini alsın , deli oluram . Sesini eşidim heç olmasa . Nömreni gec verdi xalası qızı , Danışmağa vaxt qalmadı . Medsestraya dedim ki , nömreni bir yere yazsın , narkozdan ayılandan sonra yadımdan çıxar belke . Neyse girdim emeliyyata , deyilene göre yaxşı keçdi emeliyyat , ancaq narkozdan ayilana kimi o dünyanı görüb qayıtdım . Hardasa 17:30-da tam özüme gelmişdim . Yanıma ilk gelen dostlarım idi . Telefonlarını alıb Sevince zeng vurdum , alo dedi , men olduğumu bilende adboy vurdu ve söndürdü telefonu . Artıq her şey aydın idi , Seva artıq o oğlanın yanında idi . Men de Narkozdan teze ayıldığım üçün çox esebi idim . Seherisi gün getirdiler eve , ama yeriye bilmirdim . Düz 1 hefte eziyyet çekdim , ama Sevincin heç yadına düşmürdüm . Ev telefonunu özü götürmürdü , Mobilnisi de bağlı idi . 1 hefteden sonra zeng vurdu , onu seçdiyini dedi ve menden onu bağışlamasını yalvardı . Heç nece olduğumu soruşmadı . O oğlanın menle danışmaq istediyini dedi . Yalvardı ki , denen çoxdan ayrılmışıq . Buna OK dedim . Oğlan zeng vurdu , başladı ki “Yatıb çıxmışam , ay nebilim ne” guya meni qorxuzmaq isteyirdi . Yola verdim , çıxdım aradan . Bundan sonra qız yene el çekmirdi , yene inandırmışdı meni ki , guya o oğlan ile danışmır , guya ayrılıblar . Bir gün mene zeng vurdu ki , 17:30-da ola bilersen Elmlerde? Hazırlığa gedirem , bir az tez çıxacam evden görüşek . Men de hardasa 2 hefte olardı görmürdüm onu , darıxmışdım . Çox qeliz müellimin dersi idi , Cehennem deyib girmedim derse . Tam 17:30-da “Elmler Akademiyası Metro”-sunun qabağında idim . Mesaj yazdı ki , “atam ile gedirem , gelme” . Hazırlıq müellimlerini de men tapdığım üçün , hamısının evini tanıyırdım . dedim gedim müellimin evinin qabağına , heç olmasa bloka girende görüm 2 deqiqelik . 18:00-da ders başlamalı idi , ama 18:15 idi artıq , ne mesaja cavab yazır , ne de zengime cavab verirdi . Kor-peşman qayıdırdım ki , bir oğlanın qoluna girib geldiyini gördüm . Sevgilisi idi . Yene aldatmışdı meni . Onları bir yerde görende neler çekdim , bir men bilerem , bir de ALLAH. Dünya başıma daralmışdı . Oğlan “gözle qızı yola salıb gelirem” dedi . 7 nefer idiler , veziyyeti başa düşüb dostlarıma zeng vurdum , geldiler . Oğlan ile tekbetek söhbet eledim , dedi ki , “isteyirsen get dostlarina da denen ki , bu oğlanı sındırdım , yalvarıram sene zeng vurma o qıza” . Yalvarıram sözünü deyende gözümden düşdü , guya isteyir bu qızı , guya alacaq , ama menimle elediyi söhbete bax. Hele davamında , “qızın atası çox imkanlıdı(qızın atasına emi deyir indiden) , eli her yere çatır , mene de söz verib ki , maşın alacaq” bu sözlerden sonra , Tüpürdüm geldim . Axşam qız zeng vurdu ki , “ne oldu söhbet?” dedim heç , çıxdım aranızdan , XOŞBEXT OLUN . Yene başladı yalvarmağa ki , ayrılmayaq . Hele oğlan ona çatdırıb ki , “10 nefer meni teklemişdiler , ama sındırdım hamısını” . Qız yene el çekmir . Zeng vurub danışanda yene menimle , dedi ki , “oğlanın xeberi var seninle danışdığımdan” . Bu defe özümü saxlaya bilmeyib dedim ki , “O oğlan .....di?” . Qız dedi ki,üzüne deye bilersen ? dedim nömremi ver zeng vursun deyim... Axşam zeng vurdu ki , “o sözü sene yedizdirecem . Hardasan? Gel görüşek” . Dedim evdeyem , sabah görüşerik . Dedi ki , “Harda olursan denen gelirem ora” . Direşdi , dedim yaxşı gel filan yere . Pis yerden söyüş qoydu , tek gelmiyene . Getdim , saat texminen 23:00 olardı . Ele yer teyin elemişdik ki , heç kim yoxdu orda , konkret dalaşmağa getmişdim bu defe . Bu geldi , özü vaz2106 ile , arxasınca da Toyota Prado ve içinde 5 nefer . Maşından düşende , dedim “qaqaş bilirsiz kimin söhbetine gelmisiz?” . Telefona çıxardım , mesajları , qızın mene neler yazdığını gösterdim oğlana ve dedim ki , “hele sene .... sözü de azdı” . Dostları heçne demeyib , maşına minib getdiler . Men de söhbeti firladıram ki , dalaşam bunnan , ama bu .... qeyrete gelmek bilmir . Dedi ki , “Qız ile üzleşdirecem seni sabah” . Seherisi gün zeng vurdum ki , ne vaxt görüşek ? Telefonda yene “şire” dönmüşdü . Dedi ki , “Dünen danışdıq hell eledik dee . bağla getsin”...........
İndi öyrenmişem ki , Seva bu oğlan ile olub ve en murdar işler görübler . Hele bununla bele , oğlan deyir ki , alacam onu . Aralarında olanları yazsam , tükleriniz biz-biz olar . Qıza yaraşmayan hereketler edib. Hele menimle de olmaq iseyirdi... Texminen bir ay olar , xeberim yoxdu ondan . Nömremi de deyişmişem . Eve yığdı 1-2 defe , cavab vermedim deye kesildi zengler . İndi ondan çox özüme nifret edirem . Ele birini nece sevdim ( Özümden asılı deyil , hele de onu deli kimi sevirem . Unuda bilmirem . Qerara almışam ki , qiyabiye keçirim tehsilimi dayandırıb , esgerliye gedim , orda mecburi unudaram belke....
ALLAH HEÇKİME MENİM YAŞADIQLARIMI YAŞATMASIN... HEÇKİMİN QARŞISINA ONUUN KİMİ MURDAR BİRİNİ ÇIXARMASIN... AMİN...
Oxuduğunuz üçün teşekkürler...
P.S. Fikrinizi bildirmeyi unutmayın...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 866 Bölmə: Sevgi varmı?