beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın ən Gözəl əsəri

Məşhur bir rəssam dünyanın ən
gözəl rəsm əsərini çəkmək
qərarına gəlir. O, əsərinin
mövzusunu tapmaq üçün uzaq
səyahətə çıxır. Bir meşənin
içindən keçərkən nurani bir
adamla qarşılaşır. Ona:
“Dünyanın ən gözəl şeyi nədir?”
- sualını verdikdə: “İmandır”, -
cavabını alır. Rəssam yoluna
davam edir. Bir kənddə toy
məclisinə gəlir. İzdihamın
arasından sıyrılaraq, gəlinə
yaxınlaşır və eyni sualı ona da
verir. “Dünyanın ən gözəl şeyi
məhəbbətdir”, - cavabını alır. O,
yenə yoluna davam edir. Bu
dəfə müharibədən qayıdan
yorğun bir əsgərlə qarşılaşır.
Həmin sualın cavabını ondan da
istəyir. Əsgər: “Dünyanın ən
gözəl şeyi sülhdür”, - deyir.
Aldığı cavabları kifayət hesab
edən rəssam evinə qayıdır. Yol
boyu səyahətdə şahidi
olduqlarını götür-qoy etməyə
başlayır. Eyni suala verilən üç
fərqli cavabı əsərində
birləşdirmək üçün yollar axtarır.
Artıq evinə çatır. Qapıdan içəri
girdikdə dünyanın ən gözəl
mənzərəsi ilə qarşılaşır.
Övladlarının baxışlarında imanı,
həyat yoldaşının gözlərində
məhəbbəti, evində isə sülhü
görür. Bu, rəssamın axtardığı
idi. O, arzuladığı əsəri çəkməyə
başlayır. Çox keçmədən
dünyanın ən gözəl rəsm əsəri
hazır olur. Rəssam ona ad da
verir: “Ailəm”.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 59 Bölmə: Sevgi varmı?