beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men De Isteyirem

Mən... Mən... Mən də uşaq kimi qayğısız, hər şeydən xoşbəxt olmaq istəyirəm. Mən də bəzən xəyallara inanıb hər gecə xəyallarla oyanmaq istəyirəm! Arzulamaq, arzularıma çatacağıma inanmaq istəyirəm. Ucadan qışqırmaq istəyirəm. Mən də sevənlərə qibtə edib dəlicəsinə sevmək istəyirəm! Mən də istəyirəm susmağı baxışlarla danışmağı. Mən də istəyirəm baxışlarımdan hər şeyi anlaya bilən baxışları, sükutla danışacaq dilləri, mehriban əlləri. Mən də istəyirəm həzin musiqi olmağı, ulduzlara toxunmağı. Mən də istəyirəm günəşimin, ayımın, gecəmin, gündüzümün olmağını. Mən də istəyirəm, dünyanın hər rəngini, bu bozluqdan qurtulmaq istəyirəm. Qəhqəhə çəkmək istəyirəm, hönkürmək, gözyaşlarıma qovuşmaq istəyirəm. Həm körpə olmaq, həm yaşlanmaq istəyirəm. Güclü olmaq zamana sahib olmaq istəyirəm! Uzaqlara getmək qeyb olmaq istəyirəm. Tənha qalmaq özümü unutmaq istəyirəm. Mən "mən" dən uzaqlaşıb və yenidən "mən" olmaq istəyirəm. Mən yaşamaq istəyirəm! Var olmaq, varlığımı gözümlə görüb qəlbimlə duymaq istəyirəm! Varlığımın var olduğuna inanmaq istəyirəm! Amma bəzən mən. Mən qaranlıq olmaq, dünyanı zülmətə döndərmək istəyirəm. Qəlbləri alovlandıran atəş olmaq istəyirəm! Vulkan olmaq, dünyanı yandırmaq istəyirəm! Qəddar olmaq, özümə zülm etmək, arzularımı qəlbimdə əbədi dəfn etmək istəyirəm. Öz özümə düşmən olmaq, dost məhv etmək istəyirəm. İstəklərimdən qurtulub ümidlərimə cəllad olmaq istəyirəm. Xəyallarımı ömürlük həbs edən ədalətsiz hakim olmaq istəyirəm. Bu ikilikdən qurtulub tam olmaq istəyirəm! Bəzən mən də cahil olmaq istəyirəm. Hər şeyə inana bilən sadəlövh qəlb olmaq istəyirəm. Mən qəm qüssədən kənar olan nikbin ruh olmaq istəyirəm. Mən üzündəki ifadəni dəyişə bilən şən klon olmaq istəyirəm. Mən də. Mən də dincəlmək istəyirəm. Gözlərimi, düşüncələrimi dəyişmək istəyirəm. Suallarımı bir kənara qoyub susmaq, suallardan azad olub nidalarla yaşamaq istəyirəm!!!!!!!!!!!!!


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 308 Bölmə: Sevgi mesajları