Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Her Zaman Istisna Var

Hər zaman istisna var...

Sən özünü bədbəxt hesab edirsənsə, unutma ki, səndən də acınacaqlı halda olan mütləq var.

Yıxılsan zədə almadığın üçün, zədə alsan ölmədiyin üçün Şükür et

İtirdiklərin üçün dərd çəkməkdənsə, bir daha itirməmək və qazanmaq üçün zəhmət çək

Baş verənlər mütləq əhəmiyyətli səbəbdən baş verir və ya hansısa hadisə üçün əhəmiyyətli səbəbdir. Önəmsiz heçnə yoxdur.

Eşitdiyin və gördüyündən çox, onları dərk edə bilməyin əhəmiyyətlidir



Həyatın sürətini zaman müəyyən edir. Çalış ya ondan sürətli ol, ya da bərabər hərəkət et. Nəbadə ondan geri qalasan...

Sən hər zaman öz yolunla get, dayanma. Kənardan səni yolundan çıxarmaq istəsələr də sən çıxma. Yolunu seçən sənsən. Sənə görə doğru olması yetərlidir. Yolunda azdıqda sənə ilk kömək edən yaxınların olacaq. Başqaları əhəmiyyətli deyil.

İnsanın öldürə bilmədiyi tək şey şübhədir. Onu gizlədə bilərsən, amma heç cürə məhv edə bilməzsən. Gizli qalan isə nə vaxtsa özünü yenidən göstərəcək. O sadəcə özünü ölülüyə vurur, aldanma!

Hər dediyini bil, amma hər bildiyini demə. Özün üçün mütləq ən azı 1 sirr saxla.



Nə özünün, nə də ətrafında olanların ümidini öldürmə

Ən xeyirli dərman zamandır

Heç vaxt heç nə gec deyil

Problemsizlik özü də problem olduğuna görə, deməli hər zaman problemin var. Problem yaşamaq üçün lazımdır.


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 62 Bölmə: Sevgi mesajları
loading...