beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sen Bunlari Yawadinmi?

Sən heç qaranlıq otaqda tək qaldınmı?
“İşığı yandırın” söylədikdə, “otağın işığı yanılıdır” söylədilər.
Sənin qəlbinin işığı sönmüşdü.

Sən heç küçələrdə tənha gəzdinmi?
“camaat niyə çölə çıxmır” söylədikdə, “ətrafın doludur insanlarla söylədilər”
Sənin qəlbin tənha idi.

Sən heç rəsm əsəri çəkdinmi?
“Mənim qara qızılgülüm çox gəşəngdi” söylədikdə, “axı sən qırmızı rəngdə çəkmisən” söylədilər.
Sənin qəlbin ağ-qara görürdü.

Sən heç sevənlərə baxıb “ah” çəkdinmi?
“Mənim yarım hardadı?” söylədikdə, “ailən, dostların səni çox sevir” söylədilər.
Sənin qəlbin ah çəkirdi.

Sən heç dənizə susqun baxdınmı?
“Çırpınma belə” söylədikdə “dəniz bu gün çox sakitdi” söylədilər.
Sənin qəlbin çırpınırdı.

Sən heç yağışlı havada küçələrdə dolaşdınmı?
“Yağma yağış” söylədikdə “bu gün günəş parlayır” söylədilər.
Sənin qəlbin ağlayırdı.

Sən heç nağıl kitabı oxudunmu?
“Şahzadə öldü” söylədikdə “bu sadəcə nağıl idi” söylədilər.
Sənin qəlbin ölmüşdü..


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 169 Bölmə: Sevgi mesajları