beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənsiz Məhəbbətim

Hər sabah bir ümidlə qalxıram, sevdiyimi görmək ümidiylə. Axşam olur puç olmuş ümidlərlə yatıram. Bəzən özümü axtarıram özgələrdə, sahibsiz dalğalar kimi bu limandan o limana çırpılıram. Elə bir limana çatıram ki ,nə özümü mənə unutdurur nə də ki sevdiyimi mənə unutdurur. Qəlbimdəki boşluğu doldurmağa gücü yetən tək insansan.Özümü saxta gülüşlərlə bəzəyən,ürəyimi ağladan birisən. Bu ürək bir tək sənin üçün döyünür. Heç kim və heçnə sənə olan sevgimi azalda bilməz,səni məndən ala bilməz. Ancaq heçnə məndən aslı olan bir şey deyil. Bəlkə gün gələcək səninlə vaxtında ayrıldığım üçün sevinəcəm, bəlkə də əksinə nə vaxtsa peşman olacam. Ancaq hər zaman, hər an qəlbimin dərinliyindəsən və ömrümün sonuna qədər də səni orada hər kəsdən gizlin saxlayacam...


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 65 Bölmə: Sevgi mesajları