beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eşq Var, Səndən Danışır

Səni sevirəm kəlməsini sənə məndən başqa heç kəs söyləməsin, yalnız mənə saxla dodaqlarını, səni məndən başqa heç kəs öpməsin. Nə olaydı hər sevən sevilsə, sanki. Gəl qollarıma, elə qucaqla ki, heç kimin ayırmağa gücü yetməsin.

Günü gecə olsun deyə yaşayıram, çünki gecə xəyallarıma gəlirsən, səni gözləmirəm, çünki sən həmişə mənimləsən, xəyallarımda və qəlbimdəsən. Tərk edib getmiş olsan da, unutsan da, unutmayacağam...

Tək qaldım dünyada, dünyam olarsanmı? Dənizlər qədər sevdim, dalğam olarsanmı?
Atəşlər qədər yandım, alovum olarsanmı? İlk eşqim deyilsən, bağışla. Son eşqim olarsanmı?

Gözlər var sözləri danışır, sözlər var gözlərdən danışır, bir də eşq var səndən danışır.

Məncə darıxmaq gözəl hissdir, darıxılan gələcəksə əlbət.

Bir neçə damla gözyaşı axar gözümdən, amma nə edə bilərəm ki? Mənim də ruhum itib həyatın içində... Qəlbim qırıq, param-parça bir haldadır, amma qarablığın şərti budur: xoşbəxt olmalıyam, bəlkə də.

Dodaqlarında hansı alkoqolu gəzdirirsən, gülüşün məni sərxoş edir?
- Necə aşiq oldun ona?
- Gözlərimə baxdı və gülümsədi. Sonrasını xatırlamıram.

Sən mənim eşqi axtararkən tapdığım insan deyil, heç ağlımda olmayarkən aşiq olduğumsan...

Eşq insanın gözünü kor edər, amma insan qəlblə sevər, gözlə deyil.

Gözlərin dərya, kipriklərin körpü olsa. Mən üstündən keçərkən bütün iplər qopsa və düşdüyüm yer dodaqların olsa...

Ağlıma gəlmək məcburiyyətindəsənmi ən içdən gülüşlərimin ortasında?

Elə bilmə ki, gözlərim sənə baxdıqca bezəcək. Ruhum daim səninlə olacaq, qapanarsa gözlərim, son sözüm "Səni sevirəm" olacaq.

Bax, yenə dəli divarı qazır, ürəyi qan ağlayır. Divara təsəlli verən bir cümlə yazır: "Xəyallar yarım qaldı, amma həyat davam edir"...
Səbəsiz gözyaşı tökmək istədi gözlərim... "Niyə?" deyə soruşmadım... Görmək istəyib də görmədiyinə ağlayır gözlərim, "bəsdi daha" deyə bilmədim... Bəllidir ki, çox darıxıb, ağlamaq istəyib... Üsyandırmı bu yoxsa fəryaddırmı, bir məna verə bilmədim... Ürəyimi dinləyir artıq gözlərim və başa düşdüm ki, ağlayan onlar deyil, sənə həsrət qalan ürəyimdir...

Həyat oyununda sona gəlmiş bir oyunçu idim, mənə bir gülüşüylə yenidən rol verənə qədər.

Gördüyünü hər kəs sevər, sən onda kimsənin görmədiyini tapacaqsan. Əgər gerçək eşq istəyirsənsə, tenə deyil, ürəyə toxunacaqsan.

Elə bir sevəcəksən ki, ürəyindən heç kim ayıra bilməyəcək. Və elə birini sevəcəksən ki, səni gözləriylə belə aldada bilməyəcək.

Eşq dodaqdan çıxan bir kəlmə deyil, gözlərdən axan yaşdır. Məqsəd bir sevgili uğruna ölmək deyil, uğruna öləcək sevgili tapmaqdır.

Bilirsənmi necə çətindir yaş gözlərlə yatmaq? Toxunduqda qanayan bir ürək daşımaq, həsrət dolu gözlərlə ətrafa baxmaq və bilirsənmi necə çətindir sənsiz yaşamaq?

Sən səni sevəni görməyəcək qədər korsansa, səni sevəndə səni sevdiyini söyləməyəcək qədər qürurludur.


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 137 Bölmə: Sevgi mesajları