beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən....Sevgim....Həyatım....

Mən

Mən sanki heç kimin tanımadığı bir yerdə, tənha yaşayam bir insanam..Tənha deyiləm, dostlarım çoxdu.. Amma niyəsə mən heç vaxt onlarla bir düşünməmişəm, bir zövqdə olmamışam.. Hərdən fikirləşirəm, elə bil başqa dünyanın insanıyam.. Biraz qapalı, aqresiv, heç kimi özünə yaxın buraxmayan və hər şeyi ürəyimə qoyub daxildən məhv olan insan.. Susqunluq içində özümü boğuram. Mən mən olduğum mənin qatiliyəm.Geriyə gətirə bilməyəcəyim peşmançılıqlar içində bir səhvəm..

Sevgim

Bəzən baxıram ətrafıma.. Necədə süni və soyuqdu insanlar..Hərdən bezirəm, həmişə eyniliklərlə yaşamağa. Bir gün qarşıma biri çıxacaq. Tam mənim kimi, özünü ən güclü kimi göstərib, əslində ən zəif olan insan..Hər yuxudan duranda yanımda tam məni ifadə edən birini görmək..Yanağıma toxunanda nəfəsini hiss etsəm..Sonra birdən evi dağıtmağa başlasa və dayanıb birdən gözlərimin içinə baxsa.. Biraz qarışıq baxsa, biraz sevgi, biraz hər şeydən bezmiş kimi, biraz da sanki indi ağlayacaqmış kimi.. Təkcə mənə elə baxsa..

Həyatım

Hərdən dururam aynanın qabağında, elədiyim səhvləri durub üzümə deyirəm. Sonra başlayıram ağlamağa..Niyə mən beləyəm?( Heç kimi səmimi bilmirəm.. Yada hələki səmimi insan görməmişəm. Çünki hələ başlanğıcdayam. Biri gələr üzünə gülər, sonra gedər arxanca çirkin dilini işə salar və danışar. Bu ən iyrənc pislikdir. Fikirləşirəm, insan bu qədər iyərnc ola bilərmiki? Ürəyim başqa, ağlım başqa.. Luna Park kimiyəm..Biraz qorxuluyam, biraz əyləcəli..Amma tam olaraq necəyəm bilmirəm..


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 83 Bölmə: Sevgi mesajları