Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seni Hem Sevrem Hem Nifret Edirem

Eşidirsən bu məni? Səndən ayrılandan bəri həmişə bir mahnını dinlədim. Çünki bu mahnıda hər şey var, sevgidə, nifrətdə. Bilirsən sevgilim sənə bənzəyən hər şeyi sevdim. Səndə axtardığımı tapdım amma yanıldım. Yalnızlığın kədəriylə qüruru satın
aldım. Çünki özüm-özümə bir gün dönərsən dedim. Gözlədim, param-parça oldum, amma yenə də səndən incimədim. Unutdum acılı ağrılı sözlərini, davalarımızı. Unutdum, zənglərimə cavab vermədiyini bir tək səni unutmadım. Amma yolun başında idik. ... gəlmədən ayrıldıq. Haradasan sevgilim? Varlığın haradadır? Getməyinlə hər şeyimi apardın. Artıq sən qoyub getdiyin oğlan deyiləm. Doğrudur yenə gülürəm, amma güldükcə də içim ağrıyır, çünki həmişə səni xatırlayıram. Sən mənim hər şeyim idin. İllər sonra bəlkə yenə qarşılaşdıq. O zaman mən sənin olmayan bir mən, sən isə mənim olmayana bir sən olacaqsan. Bilirsənmi sevgilim? Mən yenidən aşiq ola bilərəm? Sənə aid olan qəlbimi kiməsə verə bilərəm? Vermərəm! İçində səni görərlər deyə. Mən səni hər kəsdən, özümdən belə qısqandım. Gəl keçmişə qayıdaq. Nə gözəl başlamışdıq. İkimizdə çılğın idik. Davaların ən gözəlini biz edirdik, çünki barışmaqda da ayrı zövq var idi. Gerçək sevgini yaşadıq bunu səndə bilirsən. Elə isə eyni hisslərlə qalmalı deyilikmi? Biz birlikdə olmasaq da, bu təmiz sevgini, təmiz hisslərlə bitirməliyik elə deyilmi? Mənə göndərdiyin məktublarında ağladığını oxudum. Sənindəmi göz yaşların mənim göz yaşlarımla yarışır? Sən mənim güclü, qocaman sevgilim deyilmisən? Güclüsən sən. Sil göz yaşlarını. Hər şeyi özümüz məhv etdik. Sevgi körpü qurmaq kimi bir şeydir, biz körpü quracağımız halda, divar hörüb yalnız qaldıq. Mən həmişə özüm-özümə deyirəm. Sabah tam fərqli bir oğlan olacam. Sonra yenə davam edirəm, onda niyə bu gündən başlamayım? Bəlkə illər hər şeyi mənə unutduracaq, amma söz verirəm səndən başqasını əsla sevməyəcəm.


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 120 Bölmə: Sevgi mesajları
loading...