beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Canim Cox Agriyir...

Mərhəmətsizəmmi?
Yoxsa acınacaq haldayam bilmirəm.
Naməlumluqlarmı çox, yoxsa naməlumluqları mənmi
yaradıram, heç cür qərar verə bilmədim…

Mənim olmağını istəməkmi səhv, yoxsa səhv səni
sevməkmi… onsuz da ən qarışıq sualım bu.
Günlərdir cavablarını heç cür tapa bilmədiyim minlərlə
sual soruşuram özümə… Sonra etiraf edirəm.

Bəli, səni sevirəm, səni istəyirəm amma niyə
bu qədər uzaqsan mənə?

Fərqliliklərmi insanı uzaqlaşdırar bir-birindən?
Bu qədərmi mərhəmətsiz həyat ki sırf fərqlisən deyə
məni əsla görməyəcəksən… Səni çox sevdiyimi öyrənə bilməyəcəksən.

Bəlkə də unutmaq ən yaxşısı deyə cavab tapıram özümə,
amma unutmağı belə bacara bilmirəm.
Kaş ki dünya dursa ya da mən dayansam və dünya dönsə gözlərəm

Bir bağlı bir açıq deyərkən keçsə bu günlər
belə ki səni unuda bilsəm…

Və mən yenə təəssüf edirəm səni unuda bilmirəm….

Ürəyimi özüm tikiş vururam. Amma artıq tikiş tutmur yaralar.
Gözlərimi bağlama belə fayda etmir son günlərdə..

Layiq olduğumu yaşayıram yoxsa layiq olmadığım şey üçün sınanırammı
bilmirəm. Amma ağrısına dözə bilmirəm.

Ən ümidsüz halımla belə səni əhəmiyyətli hesab edərkən mən yalnız eləcə baxıram

ÜZGÜNƏM canımı ağrıdırsan...

AMMA sən canımı ağrıtdığını belə Bilmirsən...


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Sevgi mesajları