beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İkimizde Bir ürek Var: Yarı Sende, Yarı Mende

Genc qız her gün xestexana palatasında bir az da solmaqdaydı.
Yene otağında tekdi, gözüyaşlı, boynubükük ölümünü gözleyirdi. Gözlerini bağladı, ağlamaqdan yorulmuşdu. Sevdiyi geldi ağlına, kasıb, amma onu seven sevgilisi. Her gün eyni şeyleri fikirleşir, olanları bir film kimi gözünün önünden keçirirdi. "Pulum yoxdur, amma sene vereceyim sevgidolu üreyim var", - oğlan demişdi. Genc qıza da bundan artıq heç ne lazım deyildi. Amma olmadı, dünyalar qeder olan sevgilerinin arasına maddiyyat girib onları ayırdı. İndi pulun kömek ede bilmeyeceyi bir zamana gelmişdi. Heyatının son günlerinde sevdiyi yanında olsa, bes idi.
Ayrılıqlarından 5 il keçmişdi. Ancaq genc qız bu iller erzinde üreyini heç kimle paylaşmamışdı. Sevgilisini düşündü: kim bilir, belke de kiminlese evlenib, uşaq sahibi olub. Kaş ki yanımda olaydı. Son defe elimi tutsa, gözlerimi öpse, rahatca öle bilerdim. Sevgilisini son defe görmeden ölmek istemirdi. Kim bilir, belke de sevdiyi onu unutmuşdu. Bu düşünceler içinde derin yuxuya daldı...
Atası girdi otağa, qızına ürek neqli üçün bir könüllü tapdıqlarını xeber verecekdi. Ancaq genc qız çoxdan yuxuya getmişdi. O gece biri dünyadan getdi, genc qız emeliyyata alındı. Bir hefte sonra gözlerini tekrar açdı dünyaya. Amma dünya ferqli geldi ona. Sanki nese eskik idi.
Aradan aylar keçdi, qız yaxşılaşdı. Lakin içindeki narahatlığı hele de ata bilmirdi. Sevdiyi ağlına gelince, üreyi evvelkinden daha çox sızıldayırdı. Hekimi "Əmeliyyat asan deyil, bir aya düzeler", - demişdi. Aylar keçse de, veziyyet deyişmirdi.
Çiçeklerinin yanına getdi. Her gün onlarla derdleşir, zaman-zaman ağlayırdı. Ən çox da qızılgülü sevirdi. Çünki onun yeri başqa idi. O da genc qızla beraber gülür, beraber ağlayırdı. Onu sevgilisi kimi görürdü. Gülünü, sevgilisini yeniden görende hediyye edeceyine söz vermişdi. Qapının zengi çalındı. Genc qız qapını açdı, amma heç kim yox idi. Gözü yerdeki ağ zerfe sataşdı. Əyilib zerfi götürende, qelbi delicesine atmağa başladı. Ne olduğunu başa düşmürdü. Zerfin üstünde ne ad, ne ünvan vardı. Zerfi açıb mektubu çıxartdı. Mektubda onun iyi vardı. İllerboyu intizarını çekdiyi, onu görmek üçün canını bele vere bileceyi sevgilisinin iyi var idi mektubda. Başı dönmeye başladı, stulda oturub elleri titreyerek, mektubu oxumağa başladı:
"Sevgilim, senden ayrıldıqdan sonra ne bir kimseni seve bildim, ne de kimseye baxa bildim. Her günüm digerinden daha ağır keçdi, çünki her gün daha çox darıxırdım. Sene kitabları dolduracaq qeder şeirler yazdım. Yazdım, oxudum, ağladım. Her gün yazdım, her gün oxudum, illerboyu ağladım.
Her gece seherlere qeder seni düşündüm, her gece senin yanında olmaq istedim. Sensizliye lenet etdim, yuxuları haram bildim özüme. Bir gün her şeyi deyişdirecek fürset düşdü elime. Senden çox uzaqlara getdim, belke unudaram deye. Amma tam tersi oldu. Daha çox darıxmağa başladım. Senden çox uzaqlardayam belke, ancaq seni görmek üçün uzaqlardan gele bilirem. Hem de her gece. Seni sevir, seyr edir ve sen yuxuda olarken eyilib yanağından öpürem. Bezen gözlerini açıb baxırsan, ele bilirem, geldiyimi hiss edirsen, ancaq yox...


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 279 Bölmə: Sevgi mesajları