Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevən Mən Olmuşdum Sən Yox

Varlığınla yoxluğun arasında qalmayacağam artıq, yalnız olmayacagam. Sənsiz qalma ehtimalı olmayacaq . Bəlkə də bir neçə sətir arasında unudulacaqsan bir müddət sonra. Əslində sevinməliyəm sənin gedişinə. Artıq alışmalıyam sənsizliyə, dönməməzliyinə alışmalıyam unutmalıyam. Səni heç tanımamış kimi həyatımı davam etdirməliyəm.

Sənsiz yenidən sevməyi - sevilməyi öyrənməliyəm. Sənsiz həyatın gözəlliklərini öyrənməliyəm.. Yaşaıgım hər səhifədən səni qopardıb uzaqlaşan hər addımımla həbs etməliyəm bu xatirələr küçəsində. Qopan təqvim yarpaqları kimi sənsiz keçən günləri saymamalıyam, məndə yoxluğunun acılıgımı unutmalıyam artıq. Hər yeni gün səni mənə gətirmədi deyə üsyan etməməliyəm. Sənsizliyi artıq qəbul etməyə çalışıram hardasa haqq da verirəm .
Bu sətirlərlə böyüməyə başlamalıyam, səni və sevgi acısını unutmaq üçün. Sən heç bilmirdin nə qədər sevilirsən.İçimdə bogdugum sevginin acısını sən hər gedəndə çəkdim susaraq. Artıq yeni bir həyata başlamam lazım, yaşamadıgım əsl sevgini yaşamam lazım. İlk dəfə sənsiz sevginin nə oldugunu bilmək istəyirəm


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 62 Bölmə: Sevgi mesajları
loading...