beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayrılıq Məktubu..

Sən getdin... Bir qaranlıq,bir tənhalıq zindanı,ağır bir boşluq qoydun geridə. Getdin və dönməyəcəksən bir daha. Gedişində haqlısan,bu sevgini bitirmekdə haqlısan. Bir söz söyləyə bilmədim. Üzüne baxa bilmədim. Qabağında ağlamadım. Əridim,qurtardım. Sonsuzluqda bir insan necə olur... Sesi necə eşidilər? Elvida,sevgilim. Sən heç özünü belə lazımsız,belə deyərsiz,belə yalnız hiss etmisənmi? Ayrılıq olum qedər acı ve soyuq. Güzgüyə baxıram. Güzgüdə gördüyüm bu mən deyiləm. Gözlərim cəhənnəm alovu... Dodaqlarım möhürlənib. Əllərim titrəyir. Ürəyim qaynar dəmirlərlə dağlanır. Yoxluğunun bədəli çox ağırdı, Sevgilim. Sevinclərim,xəyallarım,ümüdlərim,rəngli dünyam əlvida... Əlvida həyat,əlvida həyatin mənası... Heçkim yoxluğunu hiss etmir. Sənsiz necə olduğumu heçkim bilmir. Yixib gedən sevginin kədərini anlamırlar. Dünənə qədər xoşbəxtliyi yaşayırdım ki, torpaq ayaqlarımın altında qalmırdı,qanadlanıb denizlərin üstündə uçurdum. Günəş qədər yaxın idi mənə sevgi... Günəş qədər isti və parlaq... Atdın birdənbirə, qanadlariım qırıldı. Sürətlə yerə dəydim. Bir boşluqdayam... Heçnəyəm... Amma dünyanın ən varlısı idim. Təbiət bizim üçün canlanardı. İndi isə tozduman içində bir çöldəyəm. Azmişam. Özümü küləklərə həvalə etmişəm. Sənin mənsiz necə olduğunu bilmirem. Rahatsan? Xoşbəxtsən? Meni unutmusan? Belə tez necə deyişə bilərsən? Dünənə kimi gözlərindən sevgini içdiyim, dodaqlarında ürəyimi eritdiyim, uğrunda dünyaya meydan oxuduğum ey sevgilim, hardasan? Kiminləsən? Kimlərlə könül əyləndirirsən? Mən burada, terk edib getdiyin yerdəyəm. Ama döndüyündə məni görməyəcəyin yerdeyəm. Elvida sevgilim... Elvida birdenem... Elvida! Elvida!


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 165 Bölmə: Sevgi mesajları