beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi - şeir olsaydı

Sevgi nəğmə olsaydı
Hər sətir “sən” olardın.
Qopub dodaqlarımdan
Ürəyimə dolardın..

Sevgi külək olsaydı
Mən də qanad taxardım...
Uçaraq xəyallara
Gözlərinə baxardım.

Sevgi həyat olsaydı
Yaşayardım ürəkdən.
Qovuşardıq ömürlük
Torpaq, Günəş, sən və mən!


Tarix: 27.01.2015 / 13:24 Müəllif: Aziza Baxılıb: 175 Bölmə: Sevgi şerləri