beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AYRILMAQ GƏRƏKSƏ AYRILAQ GƏRƏK..

Hər zaman sevginlə yanacaq ürək,
Bu gündən qırılır qanadım, qolum.
Ayrılmaq gərəksə, ayrılaq gərək,
Sənin öz taleyin, mənim öz yolum..
İndi ikimiz də uzaq bir səda,
İntizar birində, giley birində..
Çiçəyim, əbədi nə var dünyada?
Hərdən ulduzlar da qalmır yerində..
Aradan perişan yellər əsəcək,
İsinib-soyuyar uzaq mənzilin.
Mənim meslekdaşım - vefalı külek,
Yanıma uçacaq her qopan telin..
İçinde o qeder nida var, ses var,
Hönkürme külekler menden
deyende..
Ellerin toxunsa, mavi dalğalar
Adımı çekecek lepedöyende..
Dolub-boşalmaqda bu Sahil bağı,
Her yarpaq "elvida" söyleyen bir el..
Sənə tapşırıram tenha qovağı,
Darıxsan gel onun yanında kövrel..
Ayrılmaq gerekse, ayrılaq gerek!
Ne ferqi, günahkar ne oldu, kimdi.
Lengime! Ya gerek birlikde ölek,
Qorxursan? Gel elə ayrılaq indi..


Tarix: 27.01.2015 / 12:44 Müəllif: Aziza Baxılıb: 173 Bölmə: Sevgi şerləri