beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeir2

Dedin: "Ayrılırıq" Dedim: "Birinci
Mən gedim, sözündən çıxa bilmərəm.
Geriyə baxmasam incimə məndən,
Çünki ayrılıga baxa bilmərəm.

Məktublar yazmısan: "Unut hər şeyi"
Gəlir məktublardan soyuq nəfəsin.
Yandıra bilmirəm məktublarını,
Mənim ürəyimi yandıran kəsin.

Sevmək də bir dərddi, unutmamaq da,
Dərdin zirvəsində mən oluram, "Mən".
Səni unuduram, narahat olma,
Dönüb yavaş yavaş sən oluram mən.

Bu zirvə, bu da mən, mənim "Özüm Sən"
Keçmək istəyirsən, "Özündən" öt, keç.
Deyirsən:"Xətrimə dəymisən mənim"
İnsan öz xətrinə dəyə bilər heç?!


Tarix: 27.01.2015 / 12:33 Müəllif: Aziza Baxılıb: 175 Bölmə: Sevgi şerləri