beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Getmək istəyirsən?!

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsi həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı.
Getmək istəyirsən?!
Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
Nə vaxtsa üstünde tutulacaqdır.
Getmək istəyirsən?!
Demirəm, sən uca bir dağsan, əyil
Demirəm, əlacım qalıbdır sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.
Getmək istəyirsən?!
Döşənim yollar tək ayaqlarına,
Sənə yalvarım mən, bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil.
Getmək istəyirsən?!
Getmək istəyirsən, o yol, o da sən,
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dönmək istəsən,
Tikanlı yastığa dönəcək yerin.
Getmək istəyirsən?!
Getmək istəyirsən ne danış, nə din
Yox ol uzaqlartək dumanda ,çəndə
Nəyimi sevmişdin deyə bilmədin
Indisə yüz eyib görürsən məndə
Getmək istəyirsən?!
Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülüxatireleri.
Səsi həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı.


Tarix: 27.01.2015 / 12:23 Müəllif: Aziza Baxılıb: 121 Bölmə: Sevgi şerləri