beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

_____Qınama məni______

Dilim quruyaydı yalan deyəndə,
Acı həsrətinlə sınama bəsdir.
Həsrət dözülməzdir,ayrılıq yaman,
Gəl məni bu qədər qınama bəsdir.


Ümüd yox nə yayı,nə oxu görəm,
Azı gördümki,lap coxu görəm.
Axı nə yatdım ki,nə yuxu görəm,
Gəl məni bu qədər qınama bəsdirə.


Tərslikdən saçım yox əl atıb yolam,
Pulla satılmır bazardan alam,
ALLAH deyilem ki,qüsursuz olam,
Gəl məni bu qədər qınma bəsdir.


Düşmənlər vüsala yetir az qala,
Ürəyim toz olub itir az qala,
Dilimdə "bağışla" bitir,az qala,
Gəl məni bu qədər qınama bəsdir.


Tarix: 27.01.2015 / 11:32 Müəllif: Aziza Baxılıb: 154 Bölmə: Sevgi şerləri