beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hardasan Sevgilim Hardasan ey yar?!

Qaranlıq bir otaq soyuq dörd divar
Getmir mənnən uzağ bu derdi qubar
Beynimdə min fikir əlimdə siqar
Hardasan sevgilim hardasan ey yar?

Səni görə bilməyən gözü neynirəm?
Sən yoxsan yanımda canı neynirəm?
Sənsizkən döyünən nəbzi neynirəm?
Hardasan sevgilim hardasan ey yar?

Kaşki mən bu anda görəydim səni
Kaşki mahi parəm duyaydın məni
Görsəydim deyərdim bağışla məni
Hardasan sevgilim hardasan ey yar?

Qəlbimdə çox böyük sənin yerin var
Həsrətinnən yanan bir aşiqin var
Axı mənim sənə ehtiyacım var
Hardasan sevgilim hardasan ey yar?


Tarix: 26.12.2014 / 13:43 Müəllif: Aziza Baxılıb: 92 Bölmə: Sevgi şerləri