beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Görə biləydim…

İnan taleyimin mənası sənsən,
Səni taleyimdə görə biləydim,
San mənim çiçəyim, qönçə gülümsən,
Həyatda səni xoşbəxt görə biləydim.

Açiq pəncərədən görürəm yeri,
Yayılır aləmə bənövşə ətri,
Bizə məlum deyil güllərin sirri,
Səni ag gül kimi görə biləydim.

Qəmi, kədəri ürəkdən silin,
Eşqin, məhəbbətin qədrini bilin,
Beləcə sevinin, beləcə gülün,
Sizi daimi gülən görəydim.

Ürəyiniz daimi zövq ilə dolsun,
Qəlbinizdə nə qüssə, nə də qəm olsun,
Qoy bu məsləhətim hədiyəm olsun,
Daimi sizi şən, xoşbəxt görəydim..


Tarix: 26.12.2014 / 12:40 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Sevgi şerləri