beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Itirdim Seni

Səssiz gecə...
Ömür sirli bir bilməcə
Axtarıram fikrim çatan hər bir yanı
Min bir yere yozur qelbim
Sənin məndən gedən anı
Ürəyimdə sözüm deyir
Uzaqlardan dönüb gələn,
Gözüm deyir
İtirdim!
Səni...
Arzulara tapılmayan o məlhəmi
İtirdim...
Mənim can içində yolum tükəndi
Daha bu yağışlar yağmasın yerə
Odum tükəndi...
Özümdə çarəsiz bir mənə baxdım
Yumdum gözümü
Fikirli qayğılı bir sənə baxdım
Bildim sonumu
İtirdim...
Gülümsər gözünün sevincini mən
Dünyanın nə qədər varı olsada
İtirdim...tapılmaz o incini mən

***
Ucala bildiyin qədər varam
Nə qədər həyatın eşqi oldunsa
O qədər əhdinə vəfalı yaram
Sevgilim...
İtirdim!
Olduğun qədər səni
Sənsiz bu dünyanın yükünü bildim
Kədəri zilləti dözümü bildim
İndi mənim üçün həyatın anı,
Yaşamaq,birdə bu sevən ruhumun canı
Qalıq borcumdu
Həyat əllərimdən alan günədək
Anamın əmanəti, bükük ovcumdu
İtirdim...
***
Divanə gecənin zülmətindədi
Bilirəm, nə qədər gizlədə bildiyini san
Sözündə, özündə, söhbətindədi.
Mən isə...
İtirdim!
Gecənin qaralı gözündə səni
Elə qınayıram özümü sənsiz
İtirdim...
Tükənməz, çarəsiz dözümdə səni...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 141 Bölmə: Sevgi şerləri