beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənə bir yalan danış...

Mənə bir yalan danış
İnan ki,inanacam
Yene de ki,sevirsən
Yenə də,aldanacam.

Mənə bir yalan danış
Bir yudumluq içim de
Bir damcı da,utanma
Gözümün içinə de.

Mənə bir yalan danış
Rəngi "ağappağ" olsun
Yeddi qatımdan keçib
Dərimə ortaq olsun.

Mənə bir yallan danış
Ayaq tutub yerisin
Qəlbimdəki buz dağı
Azda olsa ərisin.

Mənə bir yalan danış
Min dənə düzə dəysin
Bir ömürlük "susmağa"
Söhbətə sözə dəysin.

Mənə bir yalan danış
Alım onu qoynuma
Savabı sənin olsun
Günahı mənim boynuma.

Mənə bir yalan danış
İnan ki,inanacam
Yenə de ki,sevirsən
Yenə də,aldanacam.


Tarix: 25.11.2014 / 13:43 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Sevgi şerləri