beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

••AxTaRAcaQSaN••

Sən gətirdin ayrılığı ömrümə,
Mən etmədim bu həsrəti ömrümə
Xəyanət elədin düşdün tilsimə
Hər yerdə bil Məni axtaracaqsan.

Niyə ayrıldıq biz bir düşün özün?!
Kədərə qərq olub sənin üz-gözün
Qəlbimə deyibdir ayrılıq sözün,
Hər yerdə bil Məni axtaracaqsan.

Qəmli olacaqsan sən güləndə də,
Əlvida sevgilim, sən deyəndə də,
Şadlıq olan yerə sən gedəndə də,
Məclisdə tək Məni axtaracaqsan.

Adını yazmışam bütün ellərə,
Qürurum çatmayır sevim deməyə,
Məni ucuz tutub itirdinsə də,
Inan aşiqini AXTARACAQSAN... !!!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 673 Bölmə: Sevgi şerləri