beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tek Gerceyim..

İlahi canımı niye almadın?
Kaş mene bu günü göstermiyeydin.
Meni sevgilime qovuşdurmadın
Bu eşqi qelbime göndermiyeydin.

Ne amal uğruna yaşayım indi ?
Hansi geleceyin xeyalın qurum?
Qelbimden ele bir yara almışam
Çetinki bir daha ayağa durum.

O meni heyata bağlayan sebeb
O menim varlığım, göz bebeyimdi.
Bu yalan dünyada yalandi her şey
O menim heyatda tek gerçeyimdi.

Biz nece arzular etdik ilahi
Heç bele ayrılıq düşünmemişdik.
Sağ iken tükendik bitdik ilahi
Birce gün beraber sevinmemişdik.

Gözümün yaşını tuta bilmirem
Xeyal eledikce olub keçeni
Demeyin kişi de ağlayarmı heç?!
Bu derdi yaşıyan anlayar meni.

O menim qelbimin içinde deyil,
O özü sinemde üreyim idi.
Ömrümün sonuna qeder deyecem.
O menim yegane gerçeyim idi...
O menim yegane gerçeyim idi...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 372 Bölmə: Sevgi şerləri